
Xəbərlər
27.04.2025, 22:17
Arzu Yaqub qızı : Asılmışam - FOTO
Asılmışam
Bəyaz dənəm darağa,
Göz yaşıyam bulağa,
Sabah bağlı sabaha
Sınaqdan asılmışam.
Dərdə girovdur meylim,
Ümid geyinib əynim,
İşıqlar sönüb, neynim
Çıraqdan asılmışam.
Nişangah olub sinəm,
Uçulub sevda binəm,
Tutub gecə ipindən
Sabahdan asılmışam.
Söz deyilər yerində,
Qələm susmaz əlimdə,
Cahillərin dilində
Günahdan asılmışam.
Aylarımda , ilimdə,
Zamanın təndirində,
Səbrimin kəndirində
Pənahdan asılmışam.
Dünya yaman qarışıb,
Könlümdə dərd alışıb,
Ətəyindən yapışıb
Allahdan asılmışam.
Göz yaşıyam bulağa,
Sabah bağlı sabaha
Sınaqdan asılmışam.
Dərdə girovdur meylim,
Ümid geyinib əynim,
İşıqlar sönüb, neynim
Çıraqdan asılmışam.
Nişangah olub sinəm,
Uçulub sevda binəm,
Tutub gecə ipindən
Sabahdan asılmışam.
Söz deyilər yerində,
Qələm susmaz əlimdə,
Cahillərin dilində
Günahdan asılmışam.
Aylarımda , ilimdə,
Zamanın təndirində,
Səbrimin kəndirində
Pənahdan asılmışam.
Dünya yaman qarışıb,
Könlümdə dərd alışıb,
Ətəyindən yapışıb
Allahdan asılmışam.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






