Xəbərlər
21.08.2024, 22:13
Arzu Yaqub qızı : Bəxtimə oxuyuram - FOTO
Ah Tanrım cücərtini,
Sovrulmuş dənə də ver.
Ülfətini toparla,
Bir ovuc mənə də ver.
Bu yağışdır ələyir,
Yerə məhəbbətini.
Mənim yağış ömrümə,
Gətir səadətimi.
Gecələr gündüzlərin,
Dincəlsin yuxusunda.
Mən ki xumarlanmadım,
Gül- çiçək qoxusunda.
Hamarlanır doğrudur,
Keçdiyim daşlı yollar.
Ümidlə dərgahına
Hər gün uzanır yollar.
Göz gülsə də ürəyin
Təbəssümü olur lal.
Gəzirəm qaranlıqda,
İşıq yolu harda var?..
Günləri ilmə- ilmə,
Ömrümə toxuyuram.
Tanrım əlimdə kitab ,
Bəxtimə oxuyuram.
Sovrulmuş dənə də ver.
Ülfətini toparla,
Bir ovuc mənə də ver.
Bu yağışdır ələyir,
Yerə məhəbbətini.
Mənim yağış ömrümə,
Gətir səadətimi.
Gecələr gündüzlərin,
Dincəlsin yuxusunda.
Mən ki xumarlanmadım,
Gül- çiçək qoxusunda.
Hamarlanır doğrudur,
Keçdiyim daşlı yollar.
Ümidlə dərgahına
Hər gün uzanır yollar.
Göz gülsə də ürəyin
Təbəssümü olur lal.
Gəzirəm qaranlıqda,
İşıq yolu harda var?..
Günləri ilmə- ilmə,
Ömrümə toxuyuram.
Tanrım əlimdə kitab ,
Bəxtimə oxuyuram.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












