Xəbərlər
10.07.2024, 22:54
Arzu Yaqub qızı: Bir yol göstər - FOTO
Bir yol göstər
Bir yol göstər mənə tanrım,
Öz yolumla çıxım gedim.
Qarşımdakı əngəlləri,
Yalanları yıxım gedim.
Bir yol göstər mənə tanrım,
Həyat şirin, ömür qısa.
Nə tez soldurdun gəncliyi,
Ürəkdir əlində əsa.
Ömrüm boyu çabaladım,
Bir göz güldü, bir ağladı
Səbir güldü bəxt bağında,
Susub dözən dil ağladı.
Bir nəğmə ol dodağıma
Pıçıldayım səhər axşam.
Səni necə soraqlayım,
Biçarə bəndənə baxsan.
Bəlkə yazdığın qələməm,
Mürəkkəbinmi qurtarır?..
Məni atdığın məkandan,
Qələmim, sözüm aparır.
Öz yolumla çıxım gedim.
Qarşımdakı əngəlləri,
Yalanları yıxım gedim.
Bir yol göstər mənə tanrım,
Həyat şirin, ömür qısa.
Nə tez soldurdun gəncliyi,
Ürəkdir əlində əsa.
Ömrüm boyu çabaladım,
Bir göz güldü, bir ağladı
Səbir güldü bəxt bağında,
Susub dözən dil ağladı.
Bir nəğmə ol dodağıma
Pıçıldayım səhər axşam.
Səni necə soraqlayım,
Biçarə bəndənə baxsan.
Bəlkə yazdığın qələməm,
Mürəkkəbinmi qurtarır?..
Məni atdığın məkandan,
Qələmim, sözüm aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












