İyun ayının 5-də Şamaxı rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, digər rəsmi şəxslər, həmçinin ADPU-nun Şamaxı filialının nümayəndələri iştirak ediblər.
Konfransda Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri, ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov son dövr ərzində görülən işlər barədə hesabatla çıxış edib.
Tədbirdə çıxış edən icra başçısı Tahir Məmmədov ağsaqqalların cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayaraq, onların dövlət tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Millət vəkili Tamam Cəfərova isə ağsaqqalların gənc nəslin tərbiyəsindəki roluna diqqət çəkərək, onların nüfuzunun daha da artırılmasının vacibliyini qeyd edib.
Konfrans çərçivəsində Mayıl Alıcanov 85 illik yubileyi və ictimai fəaliyyətinə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Təltifi Eldar İbrahimov təqdim edərək Alıcanovun həm təhsildə, həm də ictimai həyatda göstərdiyi xidmətləri yüksək dəyərləndirib.
ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova və kollektivimiz adından Mayıl Alıcanovu təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.




Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930