Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib
Sentyabrın 6-da Sumqayıtda şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, şəhər ağsaqqalları və ziyalıları iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Vətən müharibəsi şəhidlərinin və şəhər Ağsaqqallar Şurasının mərhum sədri Müzəffər Gülümovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə Sumqayıtın sosial-iqtisadi inkişafında böyük xidmətləri olan, Prezidentin fərdi təqaüdçüsü Quliyev Təbrik Müzəffər oğlunun namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə təşkilatın sədri seçilib. Daha sonra yeni üzvlərin namizədlikləri səsə qoyularaq İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov Şuranın sədri, deputat, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırdıqdan sonra Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın danılmaz əməyindən bəhs edərək, son zamanlarda Azərbaycan Ağsaqqallar Şurasında müşahidə edilən canlanmadan, görülən işlərdən söhbət açıb. Ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan Eldar İbrahimov dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza, ziyalılarımıza, həmçinin şəhid ailələrinin üzvlərinə, qazilərə yüksək diqqət və qayğı göstərdiklərini vurğulayıb. Natiq Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun azad etdiyi torpaqlarımızda gedən böyük quruculuq işlərindən, bu əzəli Azərbaycan torpaqlarının əsl sahibləri olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından danışıb. Eldar İbrahimov çıxışında ağsaqqalların üzərinə düşən vəzifələrə də toxunaraq, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da Şuranın yeni seçilən tərkibinin üzvlərini təbrik edərək, gələcək işlərində onlara uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, mükəmməl ordu quruculuğundan, bütün sahələrdə nəzərə çarpan hərtərəfli inkişafdan bəhs edib. İcra başçısı çıxışında qazanılan uğurlarla yanaşı, cəmiyyətdə, çox təəssüf ki, mövcud olan neqativ hallara – ailə dəyərlərinin unudulmasına, boşanmaların sayının çoxalmasına, narkomaniyaya və digər zərərli vərdişlərə meyilliliyin artmasına da toxunub. Vurğulayıb ki, bu cür halların qarşısının alınması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə ağsaqqallar öz səylərini əsirgəməməlidirlər, gənclərlə mütəmadi iş aparmalı, onları maarifləndirərək bu bəlalardan qorumalıdırlar.

Daha sonra çıxış edən natiqlər Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədrinə və üzvlərinə uğurlar arzulayaraq, ağsaqqalların şəhərin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar.

Sonda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev ona, həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının yeni seçilmiş üzvlərinə göstərilmiş etimada görə minnətdarlığını bildirib və təşkilatın bundan sonra da aktiv şəkildə fəaliyyət göstərəcəyini qeyd edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov konfransdan sonra yerli təşkilatın iş otağı, yaradılan şərait və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq, məsləhət və tövsiyələrini verib.
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib

Son xəbərlər

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930