Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni – 700 balı əldə edən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

"Unikal" Azedu.az-a istinadən xəbər verir ki, Burlaxatun qeyd edib ki, 700 bal həm əziyyətinin bəhrəsi, həm də bir qədər şansın nəticəsidir.

"700 bal toplamaq mənə çox şərəfli hiss etdirir, çox sevincliyəm.

Açığı, imtahandan əvvəl həmişə düşünürdüm ki, 700 bal yığmaq bir az şansdır. Çünki açıq suallar həmişə şübhəli olur. Amma indi bu reallaşdı. Qapalı suallarımın hamısının düz olduğunu bilirdim, amma açıqların da tam gəlməsi, onlardan tam bal yığmaq… Yəni adamı həqiqətən təəccübləndirir.

Bu müjdəli xəbəri ilk olaraq anamla, atamla bölüşdüm. Əvvəlcə inanmırdım, sonra özüm yenidən baxdım. Kodu yazıb nəticəyə baxandan sonra inandım”.

"Hazırlıq dövründə bütün fənlərdən repetitor yanında hazırlaşmışam”

"ADA universitetində memarlıq ixtisasına hazırlaşıram. Hazırlıq dövründə bütün fənlərdən repetitor yanında hazırlaşmışam. Amma cəmiyyətdəki o fikir ki, yüksək bal toplayan şagirdlərin telefonu belə olmur – bu, məncə, düzgün deyil. Çünki mənim həm sosial həyatım olub, həm də telefondan həmişə istifadə etmişəm.

700 bal toplamış bir abituriyent kimi digər yoldaşlarıma tövsiyəm odur ki, ancaq bala fokuslanmasınlar. Həm təhsillərinə üstünlük verməlidirlər, həm də öz sosial həyatlarını yaşamalıdırlar. "Mən dərs oxuyum, ancaq dərs oxuyum” deyib hazırlaşmaq, məncə, düzgün deyil.

Uğurumun sirrinə gəlincə… İnanırsınız, bilmirəm (gülür). Məncə, çox çalışmaq və özünə inanmaq vacibdir. Bu 700 bal həm əziyyətimin bəhrəsidir, həm də şansdır”.

Son xəbərlər

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930