Xəbərlər
11.04.2025, 23:09
Nyu-Yorkdakı qəzada “Siemens”in direktoru ailəsi ilə birgə həlak olub
Ötən gün Manhetten yaxınlığında Hudson çayında helikopterin qəzaya uğraması nəticəsində “Siemens” şirkətinin İspaniya və Cənub-Qərbi Avropa üzrə rəhbəri Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı həlak olublar.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.
Məlumata görə, helikopter havaya qalxdıqdan 15 dəqiqə sonra qəzaya uğrayıb. Belə ki, ailə İspaniyadan Nyu-Yorka gəlib və məşhur turist marşrutu üzrə helikopterlə şəhər üzərində gəzintiyə çıxıb. Qəzanın altıncı qurbanı 36 yaşlı pilot olub.
Xatırladaq ki, aprelin 10-da yerli vaxtla saat 15:17-də helikopter idarəetməni itirərək Hudson çayına düşüb. Polis 4 nəfərin cəsədini sudan çıxarıb. Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay