Xəbərlər
4.04.2025, 22:08
“Bu, vəzifəmdən uzaqlaşdırılmaq məqsədi daşıyır”
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova hakimiyyətini siyasi təqibdə ittiham edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qutsul vəkilləri vasitəsilə yaydığı bəyanatda günahına dair sübutların olmadığını vurğulayaraq, cinayət təqibini onu nüfuzdan salmaq və vəzifədən uzaqlaşdırmaq cəhdi adlandırıb.
“Bu gün əsl məqsədi ədalət deyil, Qaqauziya xalqının mənə verdiyi mandatdan uzaqlaşdırılması olan iş üzrə daha bir məhkəmə iclası keçirilib”, - deyə o bildirib.
Qutsul həbsi “Qaqauziyanın səsini” boğmaq və qaqauz xalqını şəxsiyyət hüququndan məhrum etmək cəhdi kimi qiymətləndirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay