Yalandan icazə alan daha 169 nəfər cərimələnib

8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır



Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.



AYNA-ya bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.



Qeyd olunub ki, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.



Aprelin 18-20-i arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib.



Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.



Nazirlik bir daha diqqətə çatdırıb ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunub ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda, bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

Son xəbərlər

Birinci xanımlar Antalya Forumunda - Foto

Sabah muzeylərə giriş pulsuz olacaq

Natella Nur ✍️ : Xoş gəlmisən bu dünyaya ay Sevinc! - FOTOLAR

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

BİR QƏLƏMİM, BİR VARAĞİM,BİR DƏ MƏN... - FOTO

Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır

Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ

Sumqayıtda toyda ölüm

Faciəvi hadisədən sonra bu serialların ssenariləri dəyişir

Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib

DƏRDLİ İNSANIN SƏSSİZ DÜNYASI - FOTOLAR

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

Əhaliyə pul paylamağı təklif etdi

Rza Tamer vəfat etdi

Serialdakı sevgi gerçək oldu

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir - Fotolar

Türkiyədəki faciəyə görə bu seriallar da efirə getmədi

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN APREL GÖRÜŞÜ..

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930