QIZBƏS QƏBƏLƏ : ŞİRAZ QONAQLIĞI   - Poema - FOTO
ŞİRAZ QONAQLIĞI
Poema

( Xəyanət rəmzi kimi tarixə düşən "Şiraz Qonaqlığı" haqqında yəqin ki, çoxlarınız eşitmisiniz. Bu ifadə Azərbaycan əsilli İran şahı Kərim xan Zəndin Qarabağ, Naxçıvan, Qaradağ, Xoy xanlarını hiylə ilə qonaq dəvət edərək, əsir götürməsindən sonra yaranıb. Öz millətimizdən olan İran şahları və eləcə də indiki İranda rəhbər vəzifədə olan Xamineyi kimilərdə nə yazıq ki, o zamanlar da, indi də milli şüur, millət sevgisi olmayıb və yoxdur.)
PROLOQ

Sınaqlardan keçib bu xalq nə qədər,
Nə qədər qaralı - ağlı günü var.
Olub yol yoldaşı hüzn, qəm, kədər,
Zülmlər edibdir neçə zülmkar.
Əsrlər dolaşıb, illər keçibdir,
Azərbaycan adlı elin başından.
Torpağı su deyil, qanlar içibdir,
Qırmızı qan sızıb dağı - daşından.
Ağıya bənzəyib ana laylası,
Cəngiylə açılıb hər açılan dan.
Neçə cəngavərin tutulub yası,
Neçə pəhləvanın köksü olub qan.
Yadlarla döyüşmək qalsın bir yana,
Bəzən öz - özünə kəsilib qənim.
Bəzən bir - birini boyayıb qana,
Ağılsız xanları...mənim ölkəmin.
Millət millət olur əlbir olanda,
Hər kəsdə olmalı milli düşüncə.
Xalqlar müti olur bir olmayanda,
Bunları bilməli hər insan... məncə.
Çox böyük tarixi var bu millətin,
İgidlər yetirib hər an, hər zaman.
Döyüşdə göstərib hünər - qüdrətin,
Min - min işğalçıya verməyib aman.
Oxuyub, tarixə nəzər salıram,
Köksümü qabardır elin mərdliyi.
Xəyallar içində fikrə dalıram,
Sanki seyr edirəm o igidliyi.
Mayası pak olub, vicdanı təmiz
Bu yurdun qəhrəman oğullarının.
Bir an şübhəsini eyləməyin siz,
Xalqımın yenilməz, dağ vüqarının.
Ancaq bəzən nədən olur belə də,
Nanəcib, namərdlər gəlir meydana.
Xainlər yetişir harda, nə vədə ?
Yaraşmır bu gözəl Azərbaycana.
O qədər qarışıq bir tarixi var,
Şahların, xanların, zadəganların.
Bəlkə də anlaşıb dilbir olsalar,
Sonuna çıxardı fitnəkarların.
Heyhat özlərinə qənim kəsilib,
Tələlər qurmuşlar biri - birinə.
Doğma olanları bir düşmən bilib,
Fərmanlar vermişlər qətllərinə.

Fətəli şah Əfşar

Ölüm xəbərini alıb Nadirin,
Fətəli xan yaman sevindi müdam.
Urmiya bizimdir - xalqa bildirin,
Deyərək - car çəkdi aləmə adam :
- Əfşarlar yurdudur Urmu əzəldən,
İndi də olacaq mənim xanlığım.
Bir daha vermərəm onu mən əldən,
Urmuda yerləşsin xanəganlığım.
Şahlığın binasın qurub burada,
Bütün bu ölkəyə hakim olum mən.
Tarixdən dərsləri salaraq yada,
Gərək bütöv olsun bizim bu Vətən ?
Nədən xanlıq - xanlıq parçalanaq biz ?
Tək dövlət olmalı artıq bu xanlar.
Nədən zəifləsin belə ölkəmiz ?
Bizə hakim olsun özgə xaqanlar...
Paytaxtı köçürüb ana Təbrizə,
Fətəli xan özün padşah eyləyir.
İndi də söyləyim a dostlar sizə,
Əfşar şah İranda görün neyləyir ?
Xəbər yollayır o bütün xanlara -
İrəvan, Naxçıvan, Xoy, Qarabağa,
Birləşmək təklifin verib onlara.
Çağırır xanlarıı əlbir olmağa.
Günəş göy üzündə görünən zaman,
Orduyla yürüyür o, İrəvana.
Lakin müqavimət görüb çox yaman,
Məcburən qayıdır geriyə yenə.
Qorxuya düşərək Kərim Zənd, Qacar,
Biri Xorasandan, biri Muğandan,
Hücuma keçirlər Təbrizə naçar -
Fitnəkarlıq edib hərə bir yandan.
Qanlı döyüşlərdə məğlub olaraq,
Kərim xan Zənd qaçır - gedir Şiraza.
Onun qardaşını əsir alaraq,
Şah ona edamla eyləyir cəza.
Qacarsa tələsik, elə həmin gün,
Qoşunun yürüdür bizim Şuşaya.
Mühasirə edib şəhəri bütün,
Bir quş da qoymayır ora uçmağa...
Gözəllər - gözəli gözəl Qarabaq,
Düşmənə yenilmir, dayanır məğrur.
Bir əsgərə dönür hər qaya, hər dağ,
Qacarın önündə hünərlə durur.
Yorulur sonunda qoşun - ləşgəri,
Ac - susuz, sərgərdan dönür geriyə.
Məğlubtək qayıdır onun əsgəri,
Nədən gəlmişdi ki, gedir bəs niyə ?
Yenə hücum çəkib Urmi, Təbrizə,
Qacar Fətəlini taxtından salır.
Yenə də qan çıxır şəhərdə dizə,
Yenə də qəlbləri qüssə - qəm alır.
Ancaq öldürülür çox keçmir Qacar,
Dönür Fətlinin şöhrəti - şanı.
Yenə də birləşmək üçün çəkir car,
Bütöv etmək üçün Azərbaycanı,
Kərim xan Zəndin xəyanəti
Namərd vədə gəzər, olar kəmfürsət,
Hiylə mayasında, qanında varsa.
Ən məzlum günündə edər xəyanət,
Düşmən məqam güdən xain olarsa.
Ehtiyat igidin yaraşığıdır,
Ağlamaz ki, sərvaxt mərdin anası.
Arxayınlıq onun nadanlığıdır,
Düşməni heç sayan bir gün... yanası.
Yerində dayanmır xain Kərim xan.
Mühasirəyə alır Təbrizi qəfil.
Cəsədlərlə dolur o Qaraçəmən,
Heyhat qalibiyyət çox asan deyil.
Düşmənin ordusu əzilir bütün,
Fətəli şah bundan arxayınlaşır.
O Kərim xan Zəndi heç bildiyiyçün,
Tezliklə sonu da bax yaxınlaşır.
Urmiyə yürüyür Zəndin qoşunu,
Xanlar da qoyurlar sözü bir yerə.
Kərim xan aldadıb, gətirir onu,
İskəndər qardaşı qətl olan yerə.
Orda xəyanətlə öldürülür şah,
Xanlar şahid olur bu cinayətə.
Hər kəs etdiyini dadacaq vallah,
Xainlər layiqdir hər cür lənətə.
O gün taxta çıxır, namərd Kərim xan,
Xanları çağırır qonaqlığına.
Deyir - Bayram etsin qoy bütün iran.
- Sevinsinlər şahın bu şadlığına.
Urmini tapşırıb o Rüstəm bəyə,
Yenidən qayıdır özü Şiraza.
Xanları çağırır o əylənməyə,
Söz verir şeirə, sədəfli saza.
Guya bayram edir qələbəsini,
Pənah xan, Şahbaz xan olur qonağı.
İçində gizlədir o hikkəsini :
-Gəlin bayram edək dostlar bu çağı.
Kimsə anlamayır şahın niyyətin,
Şadlanıb, oynayıb, deyib, gülürlər.
Xaindən bir xeyir gözləmək çətin,
Xanlar nə bilsin ki, şah edir nələr.
Namərd şah xanları əsir eyləyir,
Aldadıb təkbətək hücrəyə salır.
Şirazda onları məhbus eyləyir.
Etdiyi əməldən çox məmnun qalır.
Tarixdə olmamış belə xəyanət,
Qonağa, elçiyə qaldırılmaz əl.
Orda hiylə toru hörülür xəlvət,
Qonaqlıq çoxuna olacaq əcəl.
Düşmən də etməzdi belə cürəti.
Axı dost bilirdi onu bu xanlar.
Dostun dosta olan bu xəyanəti,
Göstərdi hələ çox axacaq qanlar.
Nə idi bəs şahın alçaq niyyəti ?
Nədən dost xanlara qurdu o tələ ?
Onun bu şərəfsiz, çiy hərəkəti,
Dillərdə gəzəcək çox illər hələ.
Hakimiyyət eşqi, var hərisliyi,
Şahı sövq eylədi bu rəzilliyə.
O necə xalqına etdi pisliyi ?
Vicdanı dinmədi görəsən niyə ?
İstədi Qarabağ, Xoy onun olsun.
Alçaq niyyətinə çatdı da bir az.
Acgözün gözləri torpaqla dolsun,
Tamahkar insanda insanlıq olmaz.
Beləcə yarandı bax bu nağıl da.
" Şiraz Qonaqlığı - rəmzi - xəyanət.
Xain simvolutək qaldı ağılda,
Bir şahın xalqına etdiyi əlbət !

Son.


25 yanvar - 2 fevral 2025 ci il.

QIZBƏS QƏBƏLƏ : ŞİRAZ QONAQLIĞI   - Poema - FOTO

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031