Xəbərlər
20.02.2023, 20:21
QIZBƏS QƏBƏLƏ: QONŞULAR - FOTO
QONŞULAR
Bəzən qohumdan da olar irəli,
Araylb, yadına salandı qonşun.
Bəzən uzaq olub çatmasa əli,
Soruşub, xəbərin alandı, qonşun.
Eşidib səsini, qaçar haraya,
Hərəsi bir məlhəm olar yaraya,
Etdiyi yaxşılıq gəlməz ki, saya,
Hər zaman qeydinə qalandı, qonşun.
Hərdən küsərik də, barışarıq da,
Bəzən elə - belə yarışarıq da
Sevincə, qəmə də qarışarıq da,
Çətində yanında olandı, qonşun.
Səninlə addımlar həyat yolunda,
Min zülmü daşıyar o da qolunda.
Artıq seyrəlirlər sağın - solunda.
Bax necə seyrəlib - talandı qonşun.
Araylb, yadına salandı qonşun.
Bəzən uzaq olub çatmasa əli,
Soruşub, xəbərin alandı, qonşun.
Eşidib səsini, qaçar haraya,
Hərəsi bir məlhəm olar yaraya,
Etdiyi yaxşılıq gəlməz ki, saya,
Hər zaman qeydinə qalandı, qonşun.
Hərdən küsərik də, barışarıq da,
Bəzən elə - belə yarışarıq da
Sevincə, qəmə də qarışarıq da,
Çətində yanında olandı, qonşun.
Səninlə addımlar həyat yolunda,
Min zülmü daşıyar o da qolunda.
Artıq seyrəlirlər sağın - solunda.
Bax necə seyrəlib - talandı qonşun.
QIZBƏS QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















