19 il sonra, yenə dekabr, yenə Aktau...
Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb.

Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir. Bu hal demək olar ki, dünyada tez-tez yaşanır. Təyyarənin quşlarla toqquşması hava gəmisinin mühərriklərinə ziyan vurduğu üçün pilotlara problem yaradır.
19 il sonra, yenə dekabr, yenə Aktau...

Hətta dünyada baş vermiş ən məşhur təyyarə qəzalarından biri də quşlarla toqquşmadan sonra olub. 2009-cu ildə ABŞ Hava Yollarına məxsus “TWE1549” səfər saylı təyyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra quşlarla toqquşub. Həmin vaxt hava gəmisinin kapitanı Salli Sulenberqer təyyarəni Hudzon çayına endirə bilib. Məhz bundan sonra o, ABŞ-də məşhurlaşıb və haqqında film çəkilib. İndi də ABŞ-də “Hudzon möcüzəsi” ifadəsi geniş yayılıb. Pilot ölkəsində qəhrəman elan edilib. Çünki o, təyyarədəki 155 nəfərin hamısının həyatda qalmasına səbəbkar olub.
19 il sonra, yenə dekabr, yenə Aktau...

Bununla yanaşı, bu gün baş verən qəzadan sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzalarının sayı və baş verdiyi illər izləyicilərdə maraq yaradıb.

Müstəqillik dövrümüzdə Azərbaycan təyyarələri 4 dəfə qəzaya uğrayıb.

İlk qəza 1995-ci ildə baş verib. Naxçıvandan Bakıya uçan TU-134 B-3 təyyarəsi qəzaya düşüb. Hava gəmisinin göyərtəsində 76 sərnişin və 6 ekipaj üzvü olub. 4-ü ekipaj üzvü olmaqla 52 nəfər həyatını itirib. Qəzanın günahkarı pilotlardan biri olub. Belə ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb. Pilot isə işləməyən mühərrik əvəzinə işləyən digər mühərriki söndürüb. Bu zaman 60 metr hündürlükdə saatda 317 km-lə uçan təyyarə yerə çırpılıb. Təyyarə qəzaya uğrayan zaman həm də elektrik xətlərinə ilişib və aşıb. Bu da əlavə itkilərə səbəb olub.
19 il sonra, yenə dekabr, yenə Aktau...

1997-ci ildə isə Azərbaycan Hava Yollarının tarixində 2-ci qəza baş verib.

Mayın 15-də Gəncədə təlim uçuşu həyata keçirən YAK-40 təyyarəsi qəzaya uğrayıb. Belə ki, uçuş zamanı hava gəmisində problem yaranıb və təyyarə yaşayış binalarına çırpılmaq təhlükəsi ilə üz-üzə qalıb. Pilotların səyi nəticəsində təyyarə yaşayış binasına deyil, yerə çırpılıb. Göyərtədə olan 6 pilotun hamısı həyatını itirib.
19 il sonra, yenə dekabr, yenə Aktau...

2005-ci ildə baş verən növbəti qəzanın isə bugünkü qəza ilə oxşar cəhəti var.

Belə ki, 19 il öncə Bakıdan Aktauya uçan AN-140 təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra radarlardan itib. Hava gəmisi axtarışına start verilib. Təyyarə Bakı Beynəlxalq Hava Limanından 18 km aralıda – Nardaran ərazisində yerə çırpılmış vəziyyətdə tapılıb. Hava gəmisində olan 23 nəfərin hamısı həlak olub. Onlardan 5-i ekipaj üzvü, 18-i isə sərnişin idi. Maraqlıdır ki, həmin hadisə də dekabrda - ayın 23-ü baş vermişdi. Həmin vaxtkı təyyarənin Aktauya uçması və hadisənin dekabrda baş verməsi bugünkü qəza ilə oxşarlıq təşkil edir.
19 il sonra, yenə dekabr, yenə Aktau...

Bunlar texniki nasazlıqlar səbəbindən baş verən qəzalar idi. Azərbaycan Hava Yolları tarixində raketlə vurulmuş təyyarə qəzası da var.

Belə ki, 2011-ci ilin iyulunda “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətinə 18 tonluq yük aparıb. Əfqanıstan üzərinə çatdığı zaman təyyarənin pilotları ilə əlaqə kəsilib. Müəyyən olunub ki, təyyarə “Taliban” terror qruplaşması tərəfindən vurulub. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşı olub.
19 il sonra, yenə dekabr, yenə Aktau...

Qeyd edək ki, təyyarələr dünyanın ən təhlükəsiz nəqliyyatı sayılır. Belə bir deyim var ki, təyyarə qəzasında həlak olanların sayı ilan vurması nəticəsində ölənlərin sayından daha azdır. Amma təyyarələrdə yaranan nasazlıqlar və problemlər zamanı xilas olmaq şansı çox az olur. Dünyada baş vermiş təyyarə qəzaları zamanı adətən hava gəmisində olanların çoxu həyatını itirir.

Elsevər Məmmədov

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930