Xəbərlər
2.06.2023, 23:34
Bakı-Tbilisi reysini yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb
"Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.
Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay