Bakı COP iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsası kimi tarixə düşdü - ŞƏRH
Azərbaycan BMT-nin ən nüfuzlu tədbirlərindən birinə - COP29 iqlim konfransına uğurla ev sahibliyi etdi. Bu, ilk növbədə miqyasına görə Azərbaycanın buvaxta qədər ev sahibliyi etdiyi ən böyük tədbir kimi tarixə düşdü. Ölkəmizin bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkan olduğu, rəsmi Bakının ən nüfuzlu tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığı bir daha təsdiqləndi. İki həftəyə yaxın davam edən iqlim müzakirələrinin iştirakçıları ev sahibi kimi Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Onun sözlərinə görə, COP29-da davam edən səmərəli və gərgin müzakirələr öz nəticəsini verdi. Belə ki, Bakı COP İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsilə tarixə düşdü.

“Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Yəni, Bakıda COP-larda əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çox maliyyə dəstəyinə nail olundu ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə töhfə olacaq.

Azərbaycan Prezidenti Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirir. Ölkəmiz ötən il ev sahibliyi statusu qazanarkən nümayiş olunan etimadı ən yüksək səviyyədə doğrultdu. Yeri gəlmişkən, BMT Baş katibi Antonio Quttereş də uğurlu təşkilatçılığa görə Azərbaycana təşəkkürün bildirərək, COP29 razılaşmasının iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu bildirib.

Beləliklə, 197 ölkənin təmsil olunduğu COP platformasına uğurla ev sahibliyi etməklə Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu əsas mərkəzə çevrildiyi təsdiqləndi.

COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri oldu. 76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord oldu. COP29 sessiyası ərzində hər hansı riskli vəziyyətin yaranmaması Azərbaycanın təhlükəsizlik adası olduğunu bir daha təsdiqlədi.

COP29 həm də böyük Qələbəmizdən sonra Azərbaycanın dünyaya təqdimatı oldu. COP29 ölkəmizin 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə bölgədə yaratdığı yeni reallıqların bütün dünya tərəfindən qəbul olunduğunu göstərdi”,- deyə N.Məmmədova vurğulayıb.

Deputat əlavə edib ki, COP29 uğuru Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının və icraçılarının da ifşası oldu.

COP29-da maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbi isə Avropa İttifaqı (Aİ) təmsilçisinin iqlim məsələlərindən başqa hər şeylə məşğul olması idi. Söhbət Almaniyanın xarici işlər nazirindən gedir. Xanım Berbok əsas məsələni - iqlim problemini gözardı edərək yalnız gərginlik yaratmaqla məşğul oldu. Bir sözlə, Cozef Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldu. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər və bu tarixi razılaşma məhz Bakıda əldə olundu. Azərbaycan isə ev sahibi və bitərəf vasitəçi kimi iqlim maliyyəsi ilə bağlı hədəfə çatmaq üçün təşəbbüslərini sona qədər davam etdirdi. Azərbaycan Prezidenti COP29 sessiyasının ilk günlərində keçirilən Liderlər Sammitində bütün dünya icitmaiyyəti qarşısında bir daha bəyan etmişdi ki, “Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.

Bütün maneələrə baxmayaraq, Azərbaycan bəşəriyyəti narahat edən iqlim konfransına yüksək səviyyəli təşkilatçılıq etdi. COP29 platformasında çıxış edən cənab Prezident İlham Əliyev həm də ölkəmizin siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim etdi. Azərbaycana qarşı çirkin kampaniyalar, dünyada cərəyan edən “yaşıl keçid” şüarları əsasında nümayiş olunan imitasiyalar ifşa edildi. Bakı COP-dan sonra artıq bütövlükdə COP tarixində yeni mərhələnin başladığını əminliklə söyləmək olar.

Bir sözlə, biz həm dövlət, həm də cəmiyyət olaraq COP29 tədbirini uğurla başa vurduq.

Son xəbərlər

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031