COP29-da qlobal səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılır ŞƏRH
Dünyanın nüfuzlu liderləri, iqlim mütəxəssisləri artıq dörd gündür Bakıda COP29 çərçivəsində səmərəli müzakirələr aparırlar. 196 ölkədən 80-i prezident, vitse-prezident, Baş nazir olmaqla 72 min nəfərin iştirak etməsi COP29-da bütün dünyanın toplaşdığını göstərir.

Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova AZƏRTAC-a açıqlamasında söyləyib.

Deputat bildirib ki, Bakıda iqlim dəyişikliyi ilə mübarizə, yeni iqlim maliyyəsi hədəfinə çatmağın yolları müzakirə olunur. COP29-da qlobal səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Artıq doqquz il əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan ən böyük gözləntilərdən biri də məhz budur.

“COP29-da beynəlxalq maliyyə korporasiyaları da maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bu da COP29-da yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması istiqamətində aparılan müzakirələr üçün yaxşı mühit yaradır. COP29 çərçivəsində təşkil olunan Liderlərin Sammitində isə Prezident İlham Əliyev ölkəmizin COP29-un ev sahibi kimi prioritetlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident, həmçinin COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini də xüsusi vurğuladı. Tədbirdə Azərbaycanın “Yaşıl gündəliyi” də COP29 iştirakçılarının diqqətinə çatdırıldı. Prezident bildirdi ki, bərpaolunan enerji sahəsində ölkəmizin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş isə əlavə imkanlar yaradır”, - deyə N.Məmmədova bildirib.

Ötən gün COP29 çərçivəsində təşkil olunmuş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin də səmərəli müzakirələr və maraqlı mesajlarla yadda qaldığını qeyd edən deputat deyib: “Belə ki, iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin səsi ilk dəfə məhz Bakıda təşkil edilən qlobal arenada eşidildi. Tədbirdəki çıxışında “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir” deyən dövlətimizin başçısı bildirdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Kiçik ada dövlətlərinin başçıları da COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirərək, Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümidvar olduqlarını bildirdilər. Bakı COP, eyni zamanda, həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platforma kimi dəyərləndirildi”.

Son xəbərlər

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031