İqlim fəalı: COP29-a qədər 10-a yaxın ölkəyə səfər etdik
COP29-a qədər 10-a yaxın ölkəyə səfər etdik. Bu ölkələrdə biz icmalarla əlaqə saxladıq. Təcrübəni bölüşmək və daha çox insanı hərəkətə keçməyə ruhlandırmaq üçün səfər etdiyimiz Asiyada iqlim dəyişikliyinin müxtəlif icmalara təsirini vurğulayan və bu dəyişiklik ilə mübarizədə uğur hekayələri olan bir sıra universitetlərdə olduq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 çərçivəsində elektrikli nəqliyyat vasitələri ilə ölkələrə səfər edən eko-macəraçı, iqlim fəalı Ali Abdou Elsayed deyib. COP29-dan sonra Avropaya səyahətə çıxacağını bildirən eko-macəraçı keçən il COP28-də başlayan səyahətinin 2030-cu ilə qədər davam edəcəyini diqqətə çatdırıb.

"Layihə ölkələr arasında əlaqələrin qurulması, lazımi icazələrin alınması, müxtəlif təşkilatlarla fəaliyyətlərin təşkili üçün təxminən bir il çəkir. Fərqli mədəniyyətlər, dillər var və fərqli qanunlarla mübarizə aparmaq olduqca vacibdir, eyni zamanda da çətindir", - deyə o əlavə edib.

Bu il iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq və bu ərazidə iqlim dəyişikliyini azaltmaq üçün elektrik velosipedlə Dubaydan səyahətə başladığını qeyd edən Ali Abdou Elsayed gəzinti zamanı ziyarət etdiyi bütün ölkələri öyrənməli və səfərin uğurlu olacağına əmin olmaq üçün hazırlaşmalı olduğunu deyib.

Qeyd edək ki, eko-macəraçı COP27, COP28 və sonuncu olaraq COP29-da iştirak edib.

Son xəbərlər

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930