QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdiyi talanın kiçik bir hissəsidir

Qlobal Şimal ölkələri təkcə 2030-cu ilə qədər dekarbonizasiya olunmamalı, həm də iqlim böhranının təsirlərinin yumşaldılması səylərinin "pulsuz istifadəsini" dayandırmaq üçün 1 trilyon maliyyə vəsaitini təmin etməlidir.

Bunu Böyük Britaniyanın “War on want” QHT-nin nümayəndəsi Əsəd Rəhman "İqlim Ədaləti üçün Qlobal Kampaniya (DCJ)" şəbəkəsinə daxil olan beynəlxalq QHT-lərin nümayəndələrinin mətbuat konfransında bildirib.

"Buna görə də vətəndaş cəmiyyəti 5 trilyonla bağlı çağırış edəndə, biz deyirik ki, bu, qarət edilənlərin və Qlobal Cənuba olan borcun kiçik bir hissəsi belə deyil. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Yaponiya və Avstraliya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) iki və ya hətta üç dəfə artırmalıdır", - QHT nümayəndəsi deyib.

Öz növbəsində, “Oil Change International”ın nümayəndəsi Kolin Risa deyib ki, xüsusilə ABŞ və ümumiyyətlə Qlobal Şimal tərəfindən maliyyə çatışmazlığı ilə yanaşı, bu konfransda təsirlərin yumşaldılması və qalıq yanacaqdan imtina məsələsində də irəliləyiş müşahidə olunmur.

"Bu keçidə Qlobal Şimal rəhbərlik etməlidir, çünki həm bunu etmək qabiliyyətinə malikdir, həm də problemin böyük və bəlkə də əsas hissəsidir. Mənim ölkəmdə biz irəliləyiş görmürük. ABŞ-də Cozef Bayden qalıq yanacaq hasilatının artırılmasına icazə verməyə davam edir, bərpa olunan enerji mənbələri üçün bəzi subsidiyaların verilməsinə və mühüm addımların atılmasına baxmayaraq, neft-qaz sənayesinə qarşı tədbirlər görməkdən imtina edir və iqlim böhranının əsas səbəbi olan qalıq yanacaq məsələsini həll etmir", - o qeyd edib.

"Bu tendensiya burada COP-da davam edir, biz görürük ki, həmin Qlobal Şimal ölkələri təsirlərin daha çox yumşaldılmasını istədiklərini söyləyərək digər ölkələri aldadır. Bu problem əvvəlcə öz daxilində həll edilməlidir. Bu problemin əsas günahkarları özümüz olduğumuz halda Qlobal Şimalın və xüsusilə ABŞ-nin qalıq yanacaqdan imtina üzrə fəaliyyətin çatışmazlığından danışması böyük riyakarlıqdır", - K.Risa bildirib.

Son xəbərlər

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031