“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL


Türkiyə Cümhuriyyətini Yaxın və Orta Şərqdə çirkli oyunlara cəlb etmək istəyənlər müxtəlif üsullara əl atır.

Noyabrın 20-də Qırımız dənizdə Panama bayrağı altında üzən Türkiyənin “Anadolu S” yük gəmisini husi qiyamçıları raket atəşinə tutub.

Husilər Qırmızı dənizdə yük gəmisinə hücum etdiklərinə dair açıqlama yayıblar. Regionda yerləşən beynəlxalq hərbi koalisiya Panama bayrağı altında üzən gəmiyə iki raketin düşdüyünü bildirib.

Husilərin nümayəndəsi Yəhya Sari Qırmızı dənizdə ballistik raketlərlə “dəqiq əməliyyat” zamanı “Anadolu S” gəmisinə zərbə endirdiklərini təsdiqləyib.

Məlumatlara əsasən, İran hakimiyyətinin dəstəklədiyi bu silahlı qruplaşmalar 2023-cü ilin noyabrından Qırmızı dənizdə və Ədən körfəzində Qəzza zolağında onlarla ticarət gəmisinə raket və PUA-larla hücum ediblər.
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL

Hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verib: “Husilərin Yəmən sahillərində Panama bayrağı ilə üzən Türkiyə şirkətinə məxsus “Anadolu S” yük gəmisinə raket hücumlarını pisləyirik”. Açıqlamada oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımların atıldığı da bildirilib.

Bu şəraitdə sual yaranır: Husilər dünyaya qarşı müharibə aparır? Onlar gəminin hansı dövlətə məxsus olmasının fərqində olmayıblar? Husiləri gəmilərlə bağlı İran doğru məlumatlandırmır?

Beynəlxalq naviqasiya qaydalarına əsasən, regiondan üzən istənilən gəmi barədə əgər o piratların deyilsə, məlumatlar olur. Onlar qeydiyyatdan keçirlər. Bütün dövlətlər gəmilərinin yerləşdiyi ərazini bu yolla izləyə bilir.

Ehtimal etmək olar ki, husiləri bu kimi məsələlərdə daha çox İran məlumatlandırır. Belə çıxır, Tehran “Anadolu S” haqqında ya məlumat verməyib, ya da onun vurulmasını siyasi məqsədlə istəyib. Əks halda belə qənaətə gəlmək olar ki, husilər fərqinə varmadan bütün gəmilərə hücum edirlər. Halbuki onlar İsraillə əlaqəsi olan gəmilərə hücum etdiklərini və ya edəcəklərini bildirirlər.
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL

“Anadolu S”in bu istiqamətdə üzdüyünə dair məlumat yayılmayıb. Deməli, husilər bu halda təxribatla məşğul olub, Türkiyəni qarşıdurmaya təhrik ediblər.

Bu hadisədə İran tərəfinin də məsuliyyət daşıdığı istisna edilmir. Çünki HƏMAS, Livandakı “Hizbullah”, Yəməndəki husilər, Suriya və İraqdakı “müqavimət” hərəkatlarının fəaliyyəti Tehran tərəfindən əlaqələndirilir. Onlar İranın uyğun qurumunun icazəsi olmadan addım atmırlar.

Son zamanlar Tehrana bağlı media quruluşları, müxtəlif səviyyəli siyasi təhlilçilər, habelə İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) informasiya kanalları Türkiyəni İsraillə əməkdaşlıqda ittiham edir. Rəsmi Ankaranın yəhudi dövləti ilə əlaqələri kəsdiyinə dair verdiyi açıqlamalara onlar şübhə ilə yanaşıblar.
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL

Halbuki hadisə baş verən gün İsrail Prezidenti İshak Hersoqun COP29-da iştirak etmək məqsədi ilə Bakıya uçacaq təyyarəsinə Türkiyə öz ərazisindən hərəkətə icazə verməyib. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən "G20"nin zirvə toplantısı zaman keçirdiyi mətbuat konfransında bildirib: “Ölkəmizdəki bəzi siyasi partiyalar qəribə sözlər desələr də, biz İsraillə əlaqələri tamamilə kəsmişik. Biz İsrail Prezidentinin Azərbaycana səfəri ilə bağlı hava limanımızdan və xəttimizdən istifadə etməsinə icazə vermədik”.

Bu, Türkiyənin Qəzzanı müdafiəsi ilə bağlı İsraillə üzləşdiyi ilk hadisə deyil. O, İsrailə ilk səfəri 2005-ci ildə edib. Tərəflərin münasibəti xüsusilə 2008–2009-cu illərdə baş vermiş Qəzzadakı müharibə və 2010-cu ildə zolağa humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşib. Onda "Mavi Marmara" gəmisi Qəzzada hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zaman İsrailin hücumuna məruz qalmış, nəticədə 10 nəfər öldürülmüş, 60 nəfər yaralanmışdı.

2015-ci ilin dekabrında Türkiyə və İsrail əlaqələri yenidən bərpa etmək məqsədilə danışıqlara başlayıb. 2016-cı il iyunun 26-da tərəflər münasibətlərin normallaşdırılması məqsədilə razılığa gəlmişdilər. HƏMAS-İsrail müharibəsinədək əlaqələr tam bərpa olunmuşdu.

Türkiyə rəsmiləri müxtəlif görüşlərdə və tədbirlərdə Fələstin xalqının hüquqlarını daim müdafiə edərək “iki millət, iki dövlət” prinsipinin reallaşmasına dair açıqlama veriblər.
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL

Bu baxımdan, Tehrana bağlı qüvvələrin, o cümlədən husilərin və başqalarının Türkiyəyə İsrail-Fələstin məsələsində yol göstərməsi “özünü regionun fədaisi” kimi sırımaq cəhdidir.

“Anadolu S”ə hücum digər tərəfdən rəsmi Ankaraya təzyiq sayıla bilər. Bu addımı atanlar Türkiyədən İsrailə qarşı daha sərt davranmasını istəyirlər. Gəmiyə ballistik raketlərlə hücum onu “öz sıralarına” cəlb etməyə yersiz addımdır.

Türkiyəni İsrailə qarşı müharibəyə təhrik edənlərin cəhdlərinin uğur qazanacağı ehtimalı yox dərəcəsindədir. Çünki Cümhuriyyət Qərb dünyasının bir hissəsi, NATO-nun aparıcı üzvlərindəndir. Ona İsrail tərəfindən istənilən hücum, yaxud əks hadisə məsələyə Alyansın da müdaxiləsinə səbəb olar. Bu səbəbdən də bəzi pozucu qüvvələr Türkiyənin Şimali Atlantik İttifaqından çıxmasına çalışır. Bununla da onun regionda təklənməsinə zəmin hazırlayırlar. Çünki NATO Cümhuriyyətin regionda əsas tərəfdaşlarındandır.

“Anadolu S”ə hücum isə husilərin və arxasında gizlənənlərin uğursuz aksiyasıdır. Çünki Türkiyə “İsrailə ölüm!” şüarının tərəfdarı deyil. O, İsrail də daxil olmaqla region dövlətlərinin əməkdaşlıq, sülh, əmin-amanlıq şəraitində yaşaması istiqamətində fəaliyyət göstərir. Türkiyə gəmisi başqalarının təhriki, hücumu ilə başqa istiqamətə indiyədək yan almayıb. Bu, 101 ildir davam edir...(Report)

Son xəbərlər

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31