Xəbərlər
16.12.2023, 01:02
Yəmən husiləri Qırmızı dənizdə iki gəmiyə hücuma görə məsuliyyəti öz üzərinə götürüblər
Yəmənin husi üsyançıları cümə günü Qırmızı dənizdə iki ticarət gəmisinə endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürdüklərini bildiriblər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, husi üsyançılarının sözçüsü Yəhya Sari gəmilərin İsrailə getdiyi üçün raketlərlə vurulduğunu bildirib.
Yəmən husiləri hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəyini bəyan etmişdilər. O vaxtdan bəri Bab əl-Məndeb boğazında və Qırmızı dənizdə gəmilərə bir neçə hücum həyata keçirilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay