Turaztv.az » Xəbərlər » Amansız xəstəliklə mübarizə aparır
Xəbərlər

Amansız xəstəliklə mübarizə aparır

11.09.2026, 12:28 1
“Aşk-ı Memnu” serialındakı “Arsen xanım” rolu ilə tanınan 81 yaşlı teatr və kino aktrisası Gülsen Tuncer ağır xəstəliklə mübarizə aparır.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Film-San” Fondu sosial media hesabında paylaşıb.

“Çox dəyərli aktrisamız Gülsen Tuncerə Allahdan şəfalar diləyirik. Hazırda amansız bir xəstəliklə mübarizə aparır. Dualarımız onunladır”,- deyə paylaşımda bildirilib.

1945-ci il təvəllüdlü sənətçi aktrisalıqla yanaşı, bəstəkarlıq və pedaqoji fəaliyyətlə də məşğul olub. O, “Soğuktu ve Yağmur Çiseliyordu” və “Bir Tren Yolculuğu” filmlərindəki rollarına görə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatlarını qazanıb.

Oxşar xəbərlər