Turaztv.az » Xəbərlər » Almaniyada zəlzələ oldu
Xəbərlər

Almaniyada zəlzələ oldu

11.09.2026, 01:13 2
Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq və Reynland-Pfalts bölgələrinin sərhədində yerləşən Mannheim şəhəri yaxınlığında 3,3 ilə 3,4 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Almaniyanın Cənub-Qərb Seysmoloji Xidmətinin ilkin təhlilinə görə, zəlzələnin episentri Mannheim şəhərinin şimalında yerləşən Vorms bələdiyyəsində yerləşib.

Zəlzələlər həm Vormsda, həm də Mannheimdə hiss olunub. Nəşrin məlumatına görə, Baden-Vürtemberq Geoloji Xidməti zəlzələni "zəif" kimi təsnif edib və episentrdən 20 kilometr radiusda hiss oluna biləcəyini bildirib.

Xəsarət və ya dağıntı barədə məlumat yoxdur.

Oxşar xəbərlər