Turaztv.az » Xəbərlər » Yusif Nəğməkar : BİRLƏŞİR
Xəbərlər

Yusif Nəğməkar : BİRLƏŞİR

11.09.2026, 11:30 3
Mizrab dəyəndə bir telə,
Tel də ötürür sirr telə...
Asta-asta, gilə-gilə
Bəmlə zil pərdə birləşir.

Qalib, yarışda yüksəlib,
Son məğlub-yürüşdə Səlib...
Rəqib oyunçular gəlib
"Şahmat"da, "nərd"də... birləşir.

Göyüzü ulduzdu, Aydı,
Yerdə yaz, qış, payız, yaydı.
Çiçək, daş, torpaqdı, çaydı --
Zərif də, sərt də birləşir.

Söz dən kimi üyünməsin...
Ürək qəmlə döyünməsin,
Çoxu çox da öyünməsin,
Hər çox da fərddə birləşir.

Ərisə də yanan şamlar,
Başa yetsin arzu-kamlar!
Ayrı-ayrı saf adamlar
Bir doğru şərtdə birləşir...

Sevgi boy atır hələ də...
Dönüklər dönür tələdə...
Hər depremdə-zəlzələdə
Qorxaq da, mərd də birləşir.

Ömür-gün qısa yolsa da;
Payızda yarpaq solsa da...
Can candan ayrı olsa da,
Kədərdə, dərddə birləşir...


11.09.2026.

Oxşar xəbərlər