Xəbərlər
11.09.2026, 11:56
Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər.
Bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib.
Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyilli şəxslər daxildir. Problem ondadır ki, süni intellekt istifadəçinin fikirlərini dəstəkləyib onunla razılaşsa da, bu "ünsiyyətdə" real insan iştirak etmir.
Əgər şəxs məhz proqnozlaşdırıla bilən olduğu və real münasibətlərin çətinliklərindən qaçmaq məqsədilə süni intellektlə ünsiyyətə üstünlük verirsə, zamanla onda canlı təmasa ehtiyac azala bilər.
Ekspert əlavə edib ki, bu vəziyyət cəmiyyətdən uzaqlaşmanı və izolyasiyanı daha da artıra bilər. Bundan əlavə, şəxsi problemlərin süni intellektlə uzun müddət müzakirə edilməsi onların həlli ilə nəticələnmir, əksinə, insanın həmin problemlərə daha çox köklənməsinə gətirib çıxara bilər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay