Xəbərlər
10.09.2026, 23:41
Məlahət Behbudqızı : Xatirələr solmur
Yazda tumurcuqdan çıxan yarpağın
Payıza qədərdir ömrü əzəldən.
Yollarda üşüyən xəyallarıma
Payız örtük çəkir qızıl xəzəldən...
Hər fəslin öz gözəlliyi, öz izi,
Hər rəngin dünyada bir ahəngi var.
Təbiət dəyişir, dəyişir bizi,
Ömrün də payız tək bir ahəngi var.
Sarı yarpaqlarda dünənim yatır,
Küləklər xatirə səpər yoluma.
Hər ötən gün məndən nəsə aparır,
Bir ümid gətirir hər yeni sabah.
Payız ayrılıq deyil, bəlkə də,
Torpağın bahara hazırlığıdır.
Tökülən yarpaqlar ölmür əslində,
Onlar torpağın da bir varlığıdır.
Ömür də yarpaqdır — düşər budaqdan,
Küləklər aparar uzaq ellərə.
Yarpaqlar budaqdan düşsə də bir gün,
Xatirələr qəlbdə solmur heç zaman...
M.B. ✍️
Payıza qədərdir ömrü əzəldən.
Yollarda üşüyən xəyallarıma
Payız örtük çəkir qızıl xəzəldən...
Hər fəslin öz gözəlliyi, öz izi,
Hər rəngin dünyada bir ahəngi var.
Təbiət dəyişir, dəyişir bizi,
Ömrün də payız tək bir ahəngi var.
Sarı yarpaqlarda dünənim yatır,
Küləklər xatirə səpər yoluma.
Hər ötən gün məndən nəsə aparır,
Bir ümid gətirir hər yeni sabah.
Payız ayrılıq deyil, bəlkə də,
Torpağın bahara hazırlığıdır.
Tökülən yarpaqlar ölmür əslində,
Onlar torpağın da bir varlığıdır.
Ömür də yarpaqdır — düşər budaqdan,
Küləklər aparar uzaq ellərə.
Yarpaqlar budaqdan düşsə də bir gün,
Xatirələr qəlbdə solmur heç zaman...
M.B. ✍️
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






