Əhaliyə ŞAD XƏBƏR – Bütün növ pensiyalar artacaq
“Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub”.

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:

“Nəzərə alsaq ki, ilin sonuna doğru artım faizinin dəyişməsi mümkündür, çünki əvvəlki aylarda da biz artım faizinin dəyişməsini müşahidə etmişik. Hələlik artım faizi 8 faizdir. Amma pensiyalar 2024-cü ildəki artım faizinə uyğun olaraq indeksləşdiriləcək. Bu ondan xəbər verir ki, əmək pensiyalardakı artım faizi ilin sonuna doğru daha da dəqiqləşəcək və konkretləşəcək. Bütün hallarda 2024-cü ilin yekunlarına uyğun olaraq 2025-ci ildə əmək haqqı artımlarına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək

Növbəti aylarda əgər hər hansı bir sektorda maaşların dəyişməsi ilə bağlı qərar olarsa, orta aylıq əmək haqqı faizinə təsir göstərəcək. Amma bütün hallarda orta aylıq əmək haqqı faizi üzrə rəqəmlər ilin sonuna doğru dəqiqləşir, daha sonra isə 2025-ci ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən illik rəsmi artım faizi elan olunur.

İndeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edəcək. Bura yaşa görə əmək pensiyası alan vətəndaşlarımız, valideyn itirilməsinə görə əmək pensiyası alanlar və eyni zamanda, əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyaları aiddir. Hər üç qrup üzrə əmək pensiyalarının indeksləşdirilib artırılması həyata keçiriləcək”.

Son xəbərlər

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031