Pensiyaçılara ŞAD XƏBƏR! Bu tarixdə artımla köçəcək - MƏBLƏĞ
Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayının əvvəlində ilin orta aylıq əmək haqqına artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10,8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11,2 faiz artdığını bəyan edib.

2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin bu gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.

Bəs pensiyalar neçə faiz artacaq?

Turaztv.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda pensiyalarda neçə faizlik bir artımın olacağını demək çətindir:

"10,8 faizlik indeksasiya artırılacağını bildirir. Rəqəm olaraq bu hər pensiyaçının aldığı pensiyadan asılı olacaq. Təqaüdlərin təqribən 11 faizlik artımı gözlənilir. Bunu manat ifadəsində söyləmək çətindir, çünki hər bir pensiyaçının aldığı təqaüdlər fərqlidir. Belə desək, 300 manat alan da var, 1000 manat alan da var. Təqaüdlərin məbləğindən asılı olaraq onların indeksləşməsi təqribən 10-11 faiz civarında baş verəcək. Təqaüdlərin özünün ana məbləğindən asılı olaraq da manat ifadəsində artımı görəcəyik".

Ekspert qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin və ya hökumətin qərarı olmalıdır. Onun sözlərinə görə, həmin qərar çıxandan sonra təqaüdlərin hansı hissəsinə və nə qədər artım olunacaq bu o zaman daha aydın bilinəcək.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirir ki, 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhbu qədər artımın qeydə alınacağını gözlənilir:

"Dövlət Sosial Müdafiə Fondu pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununl yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq".

Deputat qeyd edib ki, artımların nə zaman ödəniləcəyi ilə bağlı sualımıza isə cavab olaraq bildirib ki, 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Onun sözlərinə görə, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək: "Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur".

"Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq - deyə Vüqar Bayramov əlavə edib.

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31