Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı ilə görüş keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

Ombudsman Səbinə Əliyeva professor İlber Ortaylının tarix elminə verdiyi dəyərli töhfələri və beynəlxalq nüfuzunu yüksək qiymətləndirərək, əsərlərinin türk xalqları, o cümlədən azərbaycanlı oxucular tərəfindən sevildiyini bildirib, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Ombudsman İkinci Qarabağ müharibəsi zamanı əldə edilmiş Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından söz açıb. O, bu günlərdə Zəfər Gününün qeyd ediləcəyini bildirərək, həmin Qələbə ilə Azərbaycanın yeni tarix yazdığını, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan danışıb, həmin missiyaların nəticələrinə əsaslanan, habelə Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına göndərildiyi bildirib.

Professor İlbər Ortaylı öz növbəsində səmimi görüşə görə ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib. İki qardaş ölkə arasında mövcud olan tarixi əlaqələrdən bəhs edən professor Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin mühüm önəm kəsb etdiyini bildirib.

Görüş zamanı İlber Ortaylı ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib

Son xəbərlər

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031