
Xəbərlər
10.03.2020, 21:59
Merkeldən Türkiyə açıqlaması

AB-Türkiyə razılaşmasını yeni bir mərhələyə qaldırmaq üçün səylərimi əsirgəməyəcəyəm.
Bunu Almaniya kansleri Angela Merkel deyib.
“Miqrasiya problemini əsaslı şəkildə həll etməliyik. AB-Türkiyə razılaşmasının əsas fəlsəfəsi budur. Bölgədəki miqrant problemini müzakirə etmək üçün Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişel və Avrokomissiyanın sədri Ursula fon der Leyenlə görüşəcəyəm”, - Merkel bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel martın 17-də Türkiyəyə səfər edəcəklər. (Axar.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











