Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib.

“Report”un Aran bürosunun məlumatına görə, tədbirdə Almaniya səfirinin müavini Heiko Şvarz, layihə rəhbəri Harmut Müller, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev və başqaları iştirak ediblər.

Əvvəlcə qonaqlara park və parkda yaradılan ekoturizm mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, 65 min hektara yaxın ərazisi olan milli parkda hazırda ceyranların sayı 7 min başa yaxındır. 1961-ci ildə isə onların baş sayı cəmi 77 olub. Bu artım nəzərə alınaraq 2010-cu ildən etibarən müxtəlif vaxtlarda 384 baş ceyran tarixi ariallara köçürülüb. Qonaqlar, həmçinin quşların daha çox miqrasiya etdiyi “Qızılqaz” gölü barədə məlumatlandırılıb. Qeyd olunub ki, parkda 30 növə yaxın məməlilər, 22 növ sürünənlər, 4 növ suda-quruda yaşayanlar, 35 növ balıq var.

“Qızılqaz gölü” miqrasiya yolu üzərində yerləşdiyi üçün bu ərazilərdə 230 quş növünə rast gəlinir. Bu ərazidə onların qışlaması üçün çox münbit şərait var. 230 quş növundən 60-70 növü parkın ərazisində hətta yaz və yay aylarında daimi sakinləridir. Parkda 82 növ çiçəkli bitki növlərinın, palçıq vulkanlarının, dəniz kənarındakı Bəndövan tarixi yaşayış yerlərinin olması barədə də ətraflı məlumat verilib. Turistlər parkın əsrarəngiz gözəlliyini seyr etmək üçün 11 turist marşrutunun yaradıldığı diqqətə çatdırılb.

O da vurğulanıb ki, Almaniya-Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etdiyi üçün səfirlik tərəfindən çoxsaylı layihələr həyata keçirilib. Yenicə tikilərək istifadəyə verilən ceyranların müşahidə məntəqəsi də bu layihənin tərkib hissəsidir. İndi həmin müşahidə məntəqəsindən ceyranları daha yaxından izləmək mümkün olacaq.

Layihə çərçivəsində Şirvan Milli Parkında şahin kimilərdən muymula quşları üçün 50-yə yaxın quş yuvası düzəldilib. İqlimə uyğun Yevrat qovaq ağacı əkilib. Noyabr ayında parkın ərazisində daha 300 ədəd Yevrat qovaq ağacının əkilməsi nəzərdə tutulib. Sonda qonaqlar yenicə istifadəyə verilmiş ceyranların müşahidə məntəqəsinə baş çəkiblər.
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR
Şirvan Milli Parkında ceyranların müşahidə məntəqəsi istifadəyə verilib - FOTOLAR

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031