Ceyhun Bayramov yunanıstanlı həmkarını postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb
Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla Yunanıstan arasında siyasi, iqtisadi, energetika və bərpaolunan enerji mənbələri, eləcə də humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın enerji sahəsində etibarlı strateji tərəfdaş olaraq, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu istiqamətdə bir sıra, o cümlədən Cənub Qaz Dəhlizi, Trans-Adriatik qaz kəməri və s. kimi uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

Görüşdə, həmçinin əlavə əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib

Tramp Omanı hədələdi

İyunun ilk günü hava necə olacaq?

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

78 uşaq himayədar ailələrə verildi

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Qar yağıb, dolu düşüb

20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi

Xameneinin dəfn mərasiminə hazırlıq başladı

“Hizbullah” İsrailin şimalına 100 raket və PUA buraxıb

UEFA Superkubokunda onlar qarşılaşacaqlar

Fransa polisi PSJ azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib

“Uzak Şehir”in aktyorları sevgilidir? - Fotolar

Atlaz Rzayi : Turan doğuluş adı, Turan dirilik adı - FOTO

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal

AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa etdi

KİV: Tramp Vensin öz varisi olacağına əmin deyil

Sən şirinsevənsən - FOTO

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO

Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO

Masazırda 8 saat işıq olmayacaq

Konqoda Ebola virusu sürətlə yayılır

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Duzsuz qida erkən ölüm riski yaradır? - ARAŞDIRMA

MƏNƏ YETİM DEMƏYİN SİZ.

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031