
Xəbərlər
25.08.2024, 23:22
Qızbəs Qəbələ: QOVAĞIM - FOTO
QOVAĞIM
Yarpaqlar astaca nəğmə söyləyir,
Görənlər hüsnünə təriflər deyir,
Duruşun könlümü valeh eyləyir,
Nə gözəl aləmdir sənin bu çağın,
A sərvi qamətli, gözəl qovağım !
Günəşdə parlayar tər yarpaqların,
Küləklə oynayar göy budaqların,
Elə sevimlisən, yoxsa da barın,
Sənlə gözəlləşib bu bağçam - bağım,
A sərvi qamətli, gözəl qovağım !
Ana təbiətin nazlı qızısan,
Ağaclar gözəli, bir ulduzusan,
Hüsnünlə məst eylə yenə bizi sən,
Ətrinlə dolsun qoy, Mıxlıqovağım,
A sərvi qamətli, gözəl qovağım !
Görənlər hüsnünə təriflər deyir,
Duruşun könlümü valeh eyləyir,
Nə gözəl aləmdir sənin bu çağın,
A sərvi qamətli, gözəl qovağım !
Günəşdə parlayar tər yarpaqların,
Küləklə oynayar göy budaqların,
Elə sevimlisən, yoxsa da barın,
Sənlə gözəlləşib bu bağçam - bağım,
A sərvi qamətli, gözəl qovağım !
Ana təbiətin nazlı qızısan,
Ağaclar gözəli, bir ulduzusan,
Hüsnünlə məst eylə yenə bizi sən,
Ətrinlə dolsun qoy, Mıxlıqovağım,
A sərvi qamətli, gözəl qovağım !
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


