Hadi Rəcəblinin və Hüseynbala Mirələmovun alacaqları pensiyanın miqdarı açıqlandı
V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 73 yaşlı Hadi Rəcəblinin və həmin çağırış parlamentin deputatı 75 yaşlı Hüseynbala Mirələmovun alacağı pensiyanın miqdarı açıqlanıb.

Pravda.az xəbər verir ki, qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Hadi Rəcəbli komitə sədri olduğu üçün maaşı 1 980 (əlavələr buna aid deyil), Hüseynbala Mirələmov isə deputat kimi 1 732 manat maaş alıb. "Əmək pensiyaları haqqında” qanuna əsasən, H.Rəcəbli 1 526, H.Mirələmov isə 1 385 AZN pensiya alacaq.

Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilmiş iclasında 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələri ləğv edilib.

H.Rəcəbli və H.Mirələmov bir daha namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər. Ç.Qənizadə isə növbəti dəfə də deputatlığa namizəd olacağını açıqlayıb. Əgər 63 yaşlı yaşlı Ç.Qənizadə deputat seçilməzsə, işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alacaq. Bu qayda Fərəc Quliyevə də aiddir.

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031