Xəbərlər
23.07.2024, 01:30
"Dəniz olmaq istəyirəm." - FOTO
"Dəniz olmaq istəyirəm."
Dəniz olmaq istəyirəm.
Aşıb daşam hər tərəfə
Səssiz yuyam acıları
Pozam insan içindəki
Düşüncəsiz duyğuları.
Dəniz olmaq istəyirəm.
Nəfəs alam için-için
Hər gün yuyam təmizləyəm
Bu dünyanı sizin üçin.
Dəniz olmaq istəyirəm
Göz yaşımı suya qatım
Dalğalar beşiyim olsun
Sevgiylə içində yatım.
Aşıb daşam hər tərəfə
Səssiz yuyam acıları
Pozam insan içindəki
Düşüncəsiz duyğuları.
Dəniz olmaq istəyirəm.
Nəfəs alam için-için
Hər gün yuyam təmizləyəm
Bu dünyanı sizin üçin.
Dəniz olmaq istəyirəm
Göz yaşımı suya qatım
Dalğalar beşiyim olsun
Sevgiylə içində yatım.
21.07.2024. ✍️ Gülafət Hacıqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













