ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhərin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “A+” adlı məzun şənliyi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, şənlikdə Gənclər Fondunun nümayəndələri, ölkənin aparıcı Gənclər Təşkilatlarının sədrləri və 7000-dən çox tələbə gənc iştirak ediblər.

Şənliyin keçirilməsində əsas məqsəd bu il ali və orta ixtisas təhsil müəssisələrindən məzun olmuş tələbələri bir araya toplamaq, imtahanlardan sonra asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onlar üçün stressdən kənar mühit formalaşdırmaq və şəbəkələşmə imkanı yaratmaq olub.

Məzun şənliyinin açılış mərasimində ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb, həmçinin dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan danışıb. O gənclərə daim istədikləri yerlərdə olmağı tövsiyə edib.

Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə çıxış edərək Gənclər Fondu tərəfindən gənclər üçün planlaşdırılan layihələrdən bəhs edib, məzunlarımızı bu fürsətlərdən faydalanmağa çağıraraq, onlara bundan sonrakı işlərində uğurlar diləyib.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissə başlayıb. Şənlik rəqs kompozisiyaları, müğənnilərin və dj musiqilərinin səsləndirilməsi ilə davam edib. Tələbələr üçün müxtəlif viktorinalar, yarışlar keçirilib və qalib gələn tələbələrə dəyərli hədiyyələr verilib.

Tədbir ATGTİ-nin fəaliyyətinə göstərdikləri töhfəyə görə məzun olmuş Tələbə Gənclər Təşkilatlarının Sədrləri İttifaqın sədri tərəfindən fəxri TGT məzunu mükafatları ilə təltif edilməsi ilə yekunlaşıb.

ATGTİ-nin İdarə Heyətinin üzvü Eyvaz Məhəmmədli AZƏRTAC-a müsahibəsində deyib: “Biz mütəmadi şəkildə gənclərimizin, tələbələrimizin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlər keçiririk. Bugünkü tədbir də “A+” formatındadır. Tədris ilinin sonunda bəzi tələbələr məzun olub və digərləri imtahanlar veriblər. Burada tələbələrimizin əyləncəsini daha səmərəli keçirmək üçün müxtəlif intellektual yarışlar təşkil edirik”.

Tələbə İlqar Abbasov bildirib ki, şənlik zamanı məşhur müğənnilər səhnədə gənclər üçün çıxış edərək onları əyləndirirlər. Eyni zamanda, dördüncü kurslar məzun olmasını qeyd edir, digər tələbələr isə imtahanların stressini və gərginliyini üzərindən azaldırlar. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan bu tədbir dövlətimizin onlara göstərdiyi növbəti qayğının nəticəsidir. Biz birlikdə əylənib vaxt keçiririk. Mən daha çox pop və əyləncəli musiqiləri sevirəm. Təklif edərdim ki, gələcəkdə gənclər üçün təşkil olunan belə məzun şənliklərindən əvvəl Azərbaycan klassik musiqilərimiz də səslənsin, klassik rəqslərimiz nümayiş etdirilsin.

Tələbə Yeganə Abbasova isə qeyd edib: “Hazırda ATGTİ-nın təşkilatçılığı ilə keçirilən şənlikdə dəstək komandasının üzvüyəm. Şənlik çox maraqlıdır. Tələbələr, məzunlarımız burada vaxtlarını səmərəli keçirirlər”.
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR
ATGTİ-nin təşkilatçılığı və minlərlə gəncin iştirakı ilə “A+” adlı məzun şənliyi keçirilib - FOTOLAR

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031