“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR
Mayın 12-də Bakı Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, konfrans 3D formatında hazırlanan Azərbaycan xəritəsinə ölkəmizin hər bir bölgəsindən dəvət edilən gəncin gətirdiyi bir ovuc torpağı xəritəyə yerləşdirməsi ilə başlayıb.

300 gəncin iştirak etdiyi tədbirin rəsmi hissəsinin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ulu Öndərin ölkə gənclərinin problemlərinin həllində, onların cəmiyyət həyatında iştirakının təmin olunmasında, milli adət-ənənələrə, saf dəyərlərə bağlı yetişməsində dövlət səviyyəsində həyata keçirdiyi böyük siyasi fəaliyyətlər barədə bəhs edərək bugünkü müasir gəncliyimizin əldə etdiyi zəfər və uğurlara görə Ümummilli Liderin təməlini qoyduğu siyasi xəttə borclu olduğunu dilə gətirdilər.

Konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovla gənclərin görüşü olub.

Misir Mərdanov Ümummilli Liderlə olan xatirələrindən və onun Azərbaycan elminin, təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edərək gənclərin suallarını cavablandırıb.

Gənclər Konfransının ikinci yarısında iştirakçılara dahi şəxsiyyət Heydər Əliyevin gənclərlə bağlı fikirlərinə əsaslanan İdeyaton tapşırığı verilərək, onların hazırladıqları ideya və təklif təqdimatları dinlənilib, uğurlu hesab edilən layihənin reallaşdırılması üçün dəstəyin göstərilməsi nəzərdə tutulub.
“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR
“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR
“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR
“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR
“Azərbaycan deyəndə” adlı Gənclər Konfransı keçirilib - FOTOLAR

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031