Xəbərlər
6.10.2026, 23:31
Bu ölkə "Avroviziya"dan imtina etdi
Çexiya 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə qatılmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb. Qərarın təşkilati tələblər və büdcəyə düzəlişlərin zəruriliyi ilə bağlı olduğu bildirilib.
Çex Televiziyası 2027-ci il müsabiqəsinin yayım lisenziyasını da almayacaq. Buna görə tamaşaçılar yarışmanı “Avroviziya”nın yutub kanalında izləyə biləcəklər.
Qeyd edək ki, Çexiya müsabiqədə ilk dəfə 2007-ci ildə iştirak edib. Ölkənin ən yaxşı nəticəsini 2018-ci ildə Mikolas Yozef əldə edib. O, müsabiqədə 6-cı yeri tutub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay