Xəbərlər
6.10.2026, 20:52
İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı
Türkiyəli məşhur reper, Blok3 ləqəbli Hakan Aydın sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimələnib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Ataşehir rayonunda polisin keçirdiyi reyd zamanı saxlanılan repçinin 1,14 promil spirtli olduğu müəyyən edilib.
Yoxlama zamanı onun sürücülük vəsiqəsinin də olmadığı üzə çıxıb. Bu səbəbdən Blok3-ə 23 min 437 türk lirəsi ( 810.16 manat) inzibati cərimə tətbiq olunub. Reperin idarə etdiyi avtomobil isə yol hərəkətindən kənarlaşdırılıb.
Bundan başqa, onun barəsində “yol hərəkətinin təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, sənətçinin qəbul etdiyi spirtin miqdarının yüksək olması nəzərə alınaraq əvvəlcə ona 8 ay müddətinə həbs cəzası təyin edilib. Daha sonra cəzaya yarı nisbətində güzəşt tətbiq olunaraq həbs müddəti 4 aya endirilib.
Blok3-ün məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq 4 aylıq həbs cəzası 12 min türk lirəsi (415 manat) məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


