Qarabağda mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırıq


Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu, Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.

Bu fikirləri Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir.

Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycan xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.

“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak edib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib”, - deyə o vurğulayıb.

Son xəbərlər

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Azərbaycanda ov mövsümü açılır

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Sözə sədaqətin yolu - FOTOLAR

Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN... - FOTOLAR

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR

Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək

Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb

Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031