Azərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türk Dövlətləri Təşkilatı (TDT) təhsil nazirlərinin 7-ci iclasında iştirak məqsədilə Özbəkistanın Səmərqənd şəhərində səfərdədir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Firudin Qurbanov səfər çərçivəsində Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova və Qırğızıstanın təhsil və elm nazirinin müavini Aida Rısbayeva ilə görüşüb. Görüşlər zamanı tərəflər arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər şagird mübadiləsi, təhsilalanların festival və olimpiadalarda birgə iştirakı, TDT çərçivəsində müştərək layihələrin icrası sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd ediblər. Firudin Qurbanov işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 960 şagirdlik məktəbin tikintisinə görə Xilola Umarovaya təşəkkürünü bildirib.

Səfər çərçivəsində nazir müavini Səmərqənd şəhərində fəaliyyət göstərən Prezident məktəbi, 48 saylı məktəbəqədər təhsil müəssisəsi və Səmərqənd Dövlət Universitetini ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub.

Firudin Qurbanov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova, Türkiyənin milli təhsil nazirinin müavini Nazif Yılmaz, Qırğızıstanın təhsil və elm nazirinin müavini Aida Rısbayeva, Qazaxıstanın elm və təhsil nazirinin müavini Kuanış Yerqaliyevin iştirakı ilə yüksək səviyyəli iclasda da iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini TDT çərçivəsində təhsil sahəsində görülən işlərlə bağlı məlumat verib. Firudin Qurbanov “XV əsrə qədər ortaq türk tarixi” dərsliyinin təhsil müəssisəsində fakültətiv fənn kimi tədris olunduğunu bildirib. Bundan başqa, nazir müavini Azərbaycanın ali təhsil müəssisələrinin Türk Universitetlər Birliyinin fəaliyyətində aktiv iştirak etdiyini, Azərbaycan Dövlət İqtisad Universitetinin 2023-2024-cü illər üçün birliyə sədrlik edəcəyini vurğulayıb. Türkdilli dövlətlərdən olan yeniyetmə və gənclərin müxtəlif olimpiada və yarışlarda iştirakının önəmini vurğulayan nazir müavini iyunun 1-də Şuşada türkdilli dövlətlərin uşaq rəqs qruplarının iştirakı ilə keçirilmiş “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalını və ölkəmizdə keçirilmiş “Tarix üzrə ortaq türk dünyası olimpiadası”nı nümunə çəkib.

Daha sonra gündəlikdə duran məsələlərlə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb. Nazir müavini müzakirə və təklif edilən məsələlərə münasibət bildirib.
Azərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO
Azərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO
Azərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur - FOTO

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930