Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.

Sfera.az-ın məlumatına görə, Elçin Məmmədov Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Ali Hərbi Məktəbinin rəisidir.
E.Məmmədov Ali Hərbi Məktəbin rəisi postuna 2023-cü ilin iyun ayında təyin olunub.
Həmin təyinatadək o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.
E.Məmmədov 44 günlük Vətən müharibəsində iştirak edib. O, Ali Baş Komandan tərəfindən ”Vətən uğrunda” medalı ilə təltif edilib.
Əslən Cəbrayıl rayonundan olan E.Məmmədov Türkiyənin İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb.
Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılıb.
5 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmrilə Tədris Taboru Tədris Mərkəzi kimi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası daxili işlər nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında “N” saylı hərbi hissə yaradılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi təşkil edilib.
4 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Orta İxtisas Hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb.
Azərbaycan Prezidentinin 2012-ci il 9 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilib.
Ali Hərbi Məktəbə qəbul olan namizədlər Azərbaycan dilini sərbəst bilən, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər. (Modern.az)

Son xəbərlər

İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Yubileyi günü vəzifəsinin icrasına başladı

Avropanın ən yaşıl şəhəri seçiləcək: 8 namizəd, 600 min avroluq mükafat

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Bu vətəndaşların kredit borcu silinəcək

Ramil Usubovun ailəsində - Ağır itki

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb

Sabah Bakıya və rayonlara yağış yağacaq

Qəzənfər Məsim oğlu : MÜƏLLİMİM - FOTO

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Beynəlxalq Müəllimlər Günüdür

Çinin “süni günəş”i 2030-cu ildə sınaqdan keçiriləcək

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

ATALAR DAĞDIR...

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031