Elşad Musayev İlham Əliyevi təbrik edib
Böyük Azərbaycan Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Prezident seçkilərinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan Böyük Azərbaycan Partiyası bu seçkilərdə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak qərarı verdi. Partiyanın vahid namizədi, Partiyanın sədri Elşad Musayevin namizədliyi təsdiq ediləndən dərhal sonra ölkənin 60-dan çox seçki dairəsində üzvlərimizin və tərəfdarlarımızın köməyilə ilə namizəd üçün imza toplanmasına başlanıldı və uğurla, maneəsiz başa çatdırıldı.

Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və rayonunda Prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə görüşlər keçirildi. Bütün görüşlərdə E.Musayevin seçki platforması seçicilərə çatdırıldı, onları narahat edən məsələlər yerindəcə öyrənildi. Bütün bu görüşlərdə qeydə alınan vətəndaş müraciətləri namizədin televiziya, radio, qəzet və saytlar, sosial şəbəkələr vasitəsilə çıxışlarında ictimailəşdirildi. Hətta vətəndaş narahatlıqlarının bir çoxu elə seçki kampaniyası zamanı öz həllini tapdı. Aparılan təbliğat işinin nəticəsində həm yeni tərəfdarlar qazanıldı, həm də partiyaya üzvlük üçün müraciət edən vətəndaşlarımızın sayı artdı.

Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə etdilər və Seçki qərargahını müşahidə edilən səsəvermə prosesi ilə bağlı məlumatlandırdılar. Prezidentliyə namizəd Elşad Musayevin birbaşa görüşlər keçirdiyi şəhər və rayonlarda seçicilərimizin aktivliyi nəzərəçarpaq qədər böyük olmuşdur.

Müşahidəçilərin verdiyi məlumatlara əsasən bildirik ki, seçki prosesi heç bir kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. Seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi. Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyinin təsdiqi oldu.

Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkilərdə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq", - deyə qeyd olunub

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031