Yerli turistlər ən çox bu ölkələri seçir - Siyahı


2023-cü ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5,0 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Özbəkistan, 1,5 faizi Ukrayna, hər birindən 1,4 faiz olmaqla Küveyt və İsrail, 1,3 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Çin, 1,0 faizi Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,3 faizini kişilər, 29,7 faizini qadınlar təşkil edib.

2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 dəfə, Cənubi Koreyadan - 3,3 dəfə, Türkmənistandan - 2,3 dəfə, Hindistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Misirdən - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Polşadan - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Özbəkistandan - 1,5 dəfə, Belarusdan - 48,8 faiz, Moldovadan - 48,2 faiz, Kanadadan - 40,0 faiz, Rusiya Federasiyasından - 39,9 faiz, ABŞ-dan - 37,9 faiz, Küveytdən - 31,3 faiz, Fransadan - 29,8 faiz, Gürcüstandan - 27,1 faiz, Niderlanddan - 26,0 faiz, Böyük Britaniyadan - 23,4 faiz, İsraildən - 21,6 faiz, Türkiyədən - 21,2 faiz, Almaniyadan - 18,3 faiz, Ukraynadan - 12,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,4 faiz, Pakistandan - 6,7 faiz, İordaniyadan - 6,0 faiz artıb.

2022-ci illə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 44,6 faiz artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6 faiz artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1 faiz azalaraq 350,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 faizi hava, 27,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1868,7 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artıb, İrana gedənlərin sayı 27,7 faiz azalıb.

Ölkə vətəndaşlarının 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,9 faizini kişilər, 35,1 faizini qadınlar təşkil edib.

2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,5 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Son xəbərlər

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930