“Bəzi ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıqdır”
Dünya İqtisadi Forumu müxtəlif ölkələrdə 15 il iş təcrübəsi olan orta məktəb müəllimlərinə il ərzində verilən əmək haqqını hesablayıb. Qeyd olunan rəqəmlər vergidən öncə ödənilən rəsmi əmək haqqı ilə bərabər, tibbi sığorta və digər müavinətləri də nəzərə alır.

Təcrübəli orta məktəb müəllimlərinə verilən illik əmək haqqına ölkələrin sırlamasında birinci yerdə Lüksemburqdur. İlk 16 ölkənin sırasında Azərbaycanın adı yoxdur.

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, bir sıra ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıqdır: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2014 – 2017 ci illərdə keçirilən və Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır. Prezident İlham Əliyevin orta təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının 2015-ci ildə 2 dəfə, 2018- cil də isə 10 faiz artırılması haqqında sərəncam imzaladı. Ölkə başçısının müvafiq sərəncamından sonra müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq, ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib. Sərəncama görə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla, 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. 2014-cı ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsindən sonra Azərbaycanda əməkhaqqı artırılan müəllimlərin sayı 100 min nəfəri keçdi. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əməkhaqqının 2018-ci ilin yanvar ayından artımla ödənilməsi deməkdir. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən, 10 dəfə artıq maaş alırlar”.

Ekspert qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür: “Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur. Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar. Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda orta hesabla, 2500 dollar maaş alırlar. Müəllimlər üçün pensiya yaşı isə 55 olaraq qəbul olunur. Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq, bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur. Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin, onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait də verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Dünya ölkələrindəki əmək haqlarına nəzər saldıqda, məlum olur ki, bir sıra ölkələrdə müəllimlərin maaşı Azərbaycanla müqayisədə təxminən, 10 dəfə artıqdır. Qeyd edək ki, ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi və iş stajlarına görə dəyişir. Burada bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması da önəm kəsb edir. Qeyd edim ki, müəlimllərin sonuncu əmək haqqı artımı 2019-cu ilin martında baş verib. Bu artımdan sonra rəqəmləri ümümiləşdirsək, müəllimlərin 300 – 600 manat əmək haqqı aldığı məlum olur. Siyahıda qeyd edilən ölkələrlə müqayisədə aydın təsəvvürün yaranması üçün bu məbləği avroya çevirsək indiki məzənnə ilə təqribən 150 - 300 avro edir.

Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla həftədə 46 saat işləyirlər, bu isə müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr edirlər. Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər. Qadın müəllimlərin sayına görə isə Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada 81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 və s. faizini təşkil edir. Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və Yaponiyanı (39 faiz) misal göstərmək olar. Müəllimlərin orta yaşı aşağıdakı kimi dəyişir: İtaliyada – 48,9, Estoniyada 47,9, Bolqarıstanda 47,4 yaşdır. Ən gənc müəllimlər isə Malayziyada (38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) (38,7), Sinqapurda (36) işləyir. Qeyd edək ki, təhsilin inkişafına daha çox vəsaiti ABŞ hökuməti ayırır – 809 milyard dollar. Daha sonra Yaponiya (160 milyard dollar), Almaniya (154 milyard dollar), Braziliya (146 milyard dollar), Fransa (123 milyard dollar), Böyük Britaniya (123 milyard dollar) gəlir”.

Son xəbərlər

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930