Bu gün yerli vaxtla saat 20:24-də Oğuz rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Respublika Seysimoloji Xidmət mərkəzi məlumat yayıb.
İlkin məlumata görə, zəlzələ ocağının dərinliyi 25 km olub.
Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.