Azərbaycan millisinin 3 boksçusu Bakıdakı beynəlxalq turnirə qələbə ilə başlayıb
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib. Döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib.

Turaztv.az xəbər verir Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçı komandaların – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları, həmçinin Litvanın “Royal” klubunun paradı ilə başlayıb.

Ardınca ABF prezidentinin müşaviri Samir Hüseynov çıxış edərək yarışın keçirilməsində əsas məqsədin boksun inkişafına töhfə vermək olduğunu bildirib. Gələn il Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcəyini söyləyən S. Hüseynov həmin vaxt Bakıya çoxsaylı qonaqlar gələcəyini və bunun boksun daha da inkişaf etməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb. O, yarışın yaddaqalan olacağına inamını ifadə edib.

Turnirin serbiyalı supervayzeri Draqolyub Radoviç və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev idmançılara uğurlar arzuladıqdan sonra turnir açıq elan olunub.

Yarışın ilk günündə 5 çəki dərəcəsində 14 döyüş təşkil olunub. Görüşlərdə Azərbaycan millisinin 3 boksçusu 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 97 boksçunun mübarizə apardığı yarışın ikinci günündə 15 görüş olacaq. Döyüşlər Bakı Boks Mərkəzində saat 15:00-da başlayacaq. Qaliblərin adına isə dekabrın 22-də aydınlıq gələcək.

1/8 final

48 kiloqram

Bilalhəbəşi Nəzərov (Azərbaycan) – İbrahim Aljuhani (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib

57 kiloqram

Davud Məmmədov (Azərbaycan) – Adam Macidov (Rusiya) – 1:4

Faiq Mollayev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) – 1:4

63,5 kiloqram

Vüsal Süleymanov (Azərbaycan) – Səid Yunusov (Özbəkistan) – birinci döyüşə gəlməyib

Janqir Aldaberqenov (Qazaxıstan) – Həsən Hacıyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Mehrab Abbasov (Azərbaycan) – Camşed Mahmadov (Tacikistan) – 5:0

Muhammed Miniqbayev (Tacikistan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 5:0

Ruslan Qafurov (Tacikistan) – Aliskandi Maqomedbekov (Rusiya) – birinci tam üstünlüklə qalib gəlib

Saken Yermek (Qazaxıstan) – Nurlan Paşayev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Renat Krepştul (“Röyal” klubu, Litva) – Uğur Tağıyev (Azərbaycan) – 4:1

Məhəmmədəli Teymurov (Azərbaycan) – İbrahim Zeynalov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

67 kiloqram

Torexan Sabirxan (Qazaxıstan) – Məhəmməd Quliyev (Azərbaycan) – 5:0

Özcan Rəsulzadə (Azərbaycan) – Abdulla Çergesov (Rusiya) – 0:5

80 kiloqram

Madiyar Behultanov (Qazaxıstan) – Təyyar Allahverdiyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Son xəbərlər

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930