Xəbərlər
18.12.2023, 00:46
Həsənxan Əsədov:Bəlkə məni taley özü sınayır - FOTO
Bəlkə məni taley özü sınayır
Küsüb getmiş bu könlümün sonası,
Dodaq dili,dil dodaqı qınayır.
Bağlanıbdır ümid yolu,qapısı.
Sevincimi kədər çapıb, talayır.
Daha dözmür ağrılara bu ürək,
Sənsiz keçən günlərini sanayır.
Hər düşəndə xatirimə o mələk,
Çat-çat olur dodaqlarım qanayır.
Kirpiklərim uyumayır səbrimə,
Qəm küləyi tellərimi darayır.
Çınqı düşüb xəzəl vuran ömrümə,
Nakam bitən ilk eşqini arayır.
Həsənxanam, gözüm çeşmə, lillənib,
Qismət məni barmağına dolayır.
Gözyaşlarım sinəm üstə göllənib,
Bəlkə məni taley özü sınayır?
Dodaq dili,dil dodaqı qınayır.
Bağlanıbdır ümid yolu,qapısı.
Sevincimi kədər çapıb, talayır.
Daha dözmür ağrılara bu ürək,
Sənsiz keçən günlərini sanayır.
Hər düşəndə xatirimə o mələk,
Çat-çat olur dodaqlarım qanayır.
Kirpiklərim uyumayır səbrimə,
Qəm küləyi tellərimi darayır.
Çınqı düşüb xəzəl vuran ömrümə,
Nakam bitən ilk eşqini arayır.
Həsənxanam, gözüm çeşmə, lillənib,
Qismət məni barmağına dolayır.
Gözyaşlarım sinəm üstə göllənib,
Bəlkə məni taley özü sınayır?
15.12.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













