Həyatın sərt üzü - FOTO
Həyatın sərt üzü

Dəyərsiz adamdan dəyər gözləmə,
Dəyəri özün ver özünə, oğlum!
Söz ki var deyildi, o sənin deyil,
Deyərkən, düşün de sözünü,oğlum!

Çalış tərifini bir az azalt,kəs,
O dəyər sahibi deyilsə bir kəs,
Nöqsansız deyil a,dünyada heç kəs,
Əsil-nəcabətə fikir ver, oğlum!

"Desəm öldürərlər,deməsəm ölləm"!
Atalar sözündə vardır fəzilət.
Amma, öz dərdini səninlə bölən
yoxdusa yanında, sözə nə hacət?

"Anlamaq dərdi"dir bizim dərdimiz,
Ruhuna min rəhmət, ay Mirzə Çəlil!
Anlaşa bilmirik,külli xəstəyiz,
Yarımız yarımcan,yarımız əlil!

Kamil bir adama əl tuta bilsən,
Dəyərli öz yerin tapacaq, oğul!
Nadana köməkcün əl yetirməsən,
Onsuz da karlı yer "yapacaq", oğul!

Zatıqırıqlarda mürvət arama,
Zatını danandır, şeytanı anan.
Nanəcib qadında ismət qurama,
Taxtalı tumandır,baftası yalan.

Həyat verib mənə elə bir dərs ki,
Dəmir tək döyülüb,odda yanmışam!
Dəyibdi taleyin şilləsi tərs ki,
Özümü unudub səni anmışam!

Pərişan günündə üzülməyən kəs,
Sənin şad günündə sevinə bilməz!
Sənin uğuruna sevinməyən kəs,
Vallah ki,ay oğul,qəpiyə dəyməz!

Dəyərsiz adamdan dəyər gözləmə,
Dəyəri özün ver özünə, oğlum!
Söz ki var deyildi o sənin deyil,
Deyərkən düşün de sözünü, oğlum!


Cümşüd Aydəmir,
Xudat-Bakı-Xudat 15-16.12.23

Həyatın sərt üzü - FOTO

Son xəbərlər

Masallıda qəza olub, ölən və xəsarət alanlar var

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031