ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA - FOTO
ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA

Məhəmməd Nərimanoğlunu bu gün də əzablı,
lakin şərəfli yolun yorulmaz yolçusu kimi görürük


Məhəmməd Nərimanoğlunun istər ədəbi, istərsə də bədii yaradıcılıq nümunələri ilə çoxdan tanışam. Hələ Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində bədii rəhbər işləyərkən onu kəlbəcərlilər, sadəcə, mədəniyyət evinin işçisi, rayonda keçirilən mədəni-kütləvi tədbirlərin aparıcısı kimi deyil, həm də səhnələşdirilmiş bir sıra komediyaların komik aktyoru kimi də tanıyırdı. Rayon mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinin aparıcı üzvlərindən biri olan Məhəmməd Nərimanoğlu istedadı ilə Kəlbəcərin bütün kəndlərində tanınırdı.
Elə həmin illərdə onun Kəlbəcərdə çıxan “Yenilik“ qəzetində dadlı-duzlu məqalələri də dərc olunurdu. Qələmini az qala bütün janrlarda sınayan Məhəmməd qısa zamanda özünə çoxsaylı oxucu da toplamışdı.

ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA - FOTO

İllər keçmədi ki, Kəlbəcərin göylərini qara bulud aldı. Erməni quldur dəstələri şovinizm siyasəti ilə Kəlbəcəri mühasirəyə aldı. Həmin illərdə Məhəmməd digər həmkarlarından, öz vətənpərvərliyi ilə, fərqləndi. Azğın düşmənin törətdiyi vəhşiliklər onun qələmi ilə qəzet səhifələrində yayıldı. Kəlbəcərin şəhidlik tarixini də qələmə alıb gələcək nəsillərə çatdırmaq missiyası onun yuxusuz gecələrinin payına düşdü. Doğma Azərbaycan torpaqlarının yağı tapdağı altına düşməməsi uğrunda gedən mübarizədə igidlik, cəsurluq göstərən kəlbəcərli gənclərin qəhrəmanlıq dastanını yaradan Məhəmməd Nərimanoğlu, onların şəhidlik zirvəsinə gedən yolda ürəyini məşələ çevirdi. Məhəmməd özü şəhid olmasa da, hər şəhid yazısını, anaların dilindən eşitdiyi ağıları göz yaşları ilə qələmə alanda min dəfə ölüb-dirilib.
Məhəmməd düşmənə sözünü kəsərli formada deməklə təsəlli tapmır, arayıb-axtarır, Qarabağın tarixi keçmişini öyrənərək, bu barədə tutarlı faktlar üzə çıxarır, mübarizəsini sivil formada aparmaqda davam edirdi...
1993-cü il, mart ayının sonu, aprelin əvvəlləri. Kəlbəcər Ermənistanın hərbi təcavüzi nəticəsində işğal olunur. İllərlə məkrli siyasəti ilə Kəlbəcəri aradan götürməklə Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirməyə çalışan erməni quldur dəstələri və onların havadarları doğma yurdumuzu yağmaladı, kəlbəcərlilərimizi didərgin, məcburi köçkünə çevirdi. Həmin günlərdə Məhəmməd hələ də çalışdığı redaksiyadan çıxmamış, son dəqiqələrə qədər əlyazma şəklində yağılara qalan şəhid yazılarından ayrıla bilmirdi.
ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA - FOTO

Məhəmməd Nərimanoğlu imzasının respublika mətbuatında daha geniş yayılmasının əsas səbəbi, mənə elə gəlir ki, bu ağrılı mövzuya müraciət eləməsi və yazılarının ruhudur. Məhəmmədin respublikamızdan kənarda da oxucularının olması təsadüfi, yaxud kiminsə sifarişi deyildi. O da təsadüfi deyil ki, həmkarları arasında Kəlbəcər haqqında daha çox məlumata məhz Məhəmməd Nərimanoğlu malikdir. Ona görə də hər hansı tele-kanal Kəlbəcər barəsində verilişlər hazırlayanda, hansısa müxbir məqalə yazanda ilk olaraq həmkarları onu arayıb- axtarır və fikirlərini bölüşürlər.
Məhəmməd Nərimanoğlunu oxucuları ona görə çox istəyir ki, o nə yazırsa, ürəkdən, qəlbdən yazır. Onun ifadələri sadə, özü kimi, səmimi, xalq deyimi formasında olduğu üçün, yaddaşlara həkk edilir.
Onun kitablarında torpaqlarımız təkcə şəhid vermir, həm də düşmənə qənim çıxacaq igidlərdən söz açılır. “Dağların sinə dağı”, “Yurd göynərtisi”, “Ümid işığı”, “Dədə ocağı”, “Kəlbəcər: Azərbaycanın qala qapısı”, “Qanlı köynəklər”, “Qiyamətə qalan qisas”, “Şərəfli ömürlərin işıqlı yolları” və c. silsilə kitablarının adından da göründüyü kimi, o, bu günümüzün salnaməsini yazır...
ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA - FOTO

Uzun illər Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinə rəhbərlik etdiyim üçün vaxtaşırı olaraq dövlət səviyyəsində çoxsaylı keçirdiyimiz tədbirlərdə aparıcı mətbu orqanların nümayəndəsi kimi, Məhəmməd Nərimanoglu da iştirak edir və tədbirləri işıqlandırırdı. Ona görə ki, onun yazıları mövcud problemə görə həssalıgı ilə çox seçilirdi.
Məhəmməd Nərimanoğlu istər vaxtilə çalışdığı “Yeni Azərbaycan”, “Respublika” və istərsə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin orqanı olan “Vətən səsi” qəzetinin hər sayında imzası bir neçə siyasi, analitik, qaçqın və məcburi köçkünlərimizə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan söz açan, yaxud göynərtili tariximizə həsr edilmiş, erməni vandalizmindən bəhs edən məqalələrin sonunda görünən, vətənpərvərliyi ilə seçilən jurnalistlərdən biridir.
Dövlətimizin apardığı məqsədyönlü siyasətin ölkəmizi daha da inkişaf etdirəcəyinə, yeganə və bir saylı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinin həll olunacağına inamın ifadəsini təbliğ edən Məhəmməd Nərimanoğlu Kəlbəcərdən didərgin düşdüyü illərdə fəaliyyətini demək olar ki, genişləndirmiş, o yurdun əsil övladı olduğunu təsdiqləmişdir. Kəlbəcərin istər fiziki-iqtisadi, coğrafi, istərsə də mədəni-tarixi baxımdan Azərbaycan üçün necə strateji əhəmiyyət daşıması onun qələmə aldığı kitablarda özünün genis əksini tapmışdır.
ŞƏHİDLİK ZİRVƏSİNƏ GEDƏN YOLLARDA - FOTO

Allah Sizə o qədər enerji, ləyaqət, vətənpərvərlik, el-oba dərdi ilə yaşamaq məharəti verib ki, inşallah, möhtərəm cənab Prezidentimiz cənab İlham Əliyevin göstərişləri əsasında genişmiqyaslı quruculuq işləri gedən Kəlbəcəri də, öz dogma yurdlarına qayıdacaq dogmalarımızı da Siz işıqlandıracaqsınız, Məhəmməd Nərimanoglu! Çünki o müqayisəni ancaq Siz layiqincə qələmə ala biləcəksiniz! Allah heç vaxt borclarını ödəyə bilməyəcəyimiz şəhidlərimizə rəhmət eləsin! Szin də qələminizə qüvvət, canınıza sağlıq arzulayırıq!

Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031