Ulu Öndərə həsr olunmuş elmi sessiya: “Əbədi ömrün ilk əsri”
Dekabrın 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ilk əsri” adlı elmi sessiya keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Azərbaycanın tarix boyu görkəmli şəxsiyyətlər, dövlət xadimləri yetişdirdiyini söyləyib, bu insanların hər birinin dövlətçilik tariximizdə özünəməxsus yeri və rolu olduğunu qeyd edib.

“Heydər Əliyev bütün fəaliyyəti boyu iki əsas vəzifəni yerinə yetirib”, - deyən R.Hüseynov Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Ulu Öndərin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş, parlaq iz qoymuş böyük tarixi şəxsiyyət olduğunu bildirib.

R.Hüseynov Azərbaycanın müstəqilliyini, istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini dahi liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olduğunu deyib: “Heydər Əliyevin siyasi xadimliyinin əsas böyük mənası ondan ibarətdir ki, o, Azərbaycanın müstəqilliyini, istiqlalını ən mürəkkəb bir zamanda qoruyub-saxlamağa, onu yeni zaman içərisində yüksəltməyə müvəffəq olub. Hər bir xalqın ali sərvəti onun istiqlalı, müstəqilliyidir. Dahi lider Azərbaycanın istiqlalını, bütövlüyünü qorudu və möhkəmləndirdi. Artıq qüdrətli Azərbaycan 32 ildir ki, dövlət müstəqilliyini qeyd edir. Bunun üçün biz hamımız Ulu Öndərimizə borcluyuq. Onun qurduğu müasir müstəqil Azərbaycan sonradan etibarlı əllərə tapşırıldı, Ümummilli Liderin yolunu, siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə davam etdirdi. Bu gün Azərbaycan dövlət müstəqilliyini və suverenliyini tam bərpa edib. Respublikamızın hər yerində Azərbaycanın Dövlət Bayrağı dalğalanır”.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə bütün sahələrdə böyük inkişafa və quruculuq işlərinə nail olunduğunu deyən akademik bildirib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmizin adı 15 müttəfiq respublika içərisində sonuncu yerlərdə çəkilirdi. Qısa zamanda böyük sənaye, tədris müəssisələrinin, sosial obyektlərin tikilib istifadəyə verilməsi və Ulu Öndərin həyata keçirdiyi siyasət Azərbaycanı qabaqcıllar sırasına çıxardı. Ölkənin iqtisadiyyatında, sənayesində və kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olundu. Ümummilli Liderin təşəbbüsü ilə SSRİ-də ilk kondisioner zavodu 1970-ci illərdə Bakıda tikildi. Ulu Öndərin qətiyyəti sayəsində yüksəkixtisaslı hərbçi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı ki, bu məktəbin yetişdirdiyi kadrlardan müstəqillik illərində ordu yaradıldı.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Ümummilli Liderin müxtəlif sahələrdə milli kadr potensialının daha da gücləndirilməsi istiqamətində mühüm xidmətləri olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Sənayenin və iqtisadiyyatın inkişafı ilə yanaşı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin tanıdılması da Ulu Öndərin diqqətində olan ən böyük məsələlərdən biri idi. Heydər Əliyev hər zaman elm və incəsənət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşırdı. “Kitabi- Dədə Qorqud” dastanının 1300, Azərbaycanın görkəmli elm, mədəniyyət xadimlərinin, dahi Nizaminin, Füzulinin, Nəsimin yubileylərinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edilməsi Ulu Öndərin mədəniyyətə, ədəbiyyata olan böyük sevgisindən irəli gəlirdi. Məqsəd həm də Vətənini dünyada tanıtmaq, doğma Azərbaycanın necə böyük şəxsiyyətlər yetişdirdiyini göstərmək idi.

Alim bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə Ulu Öndər ölkəmizi, müstəqilliyimizi üzləşdiyi təhlükədən xilas etdi. Bütün sahələrdə tərəqqi və inkişafa nail olundu. Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan müqavilələr Azərbaycanın gələcək iqtisadi təməllərinin əsasını qoydu, beynəlxalq nüfuzunu artırdı və siyasi gücünün təmin edilməsində böyük rol oynadı.

R.Hüseynov “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən Ulu Öndərin görmək istədiyi Azərbaycanın bu gün müstəqilliyini, suverenliyini tam bərpa etdiyini, 44 günlük Vətən müharibəsində tarixi Zəfərini qazandığını söyləyib. Qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı hər zaman Ulu Öndərini böyük ehtiram, iftixar və minnətdarlıqla xatırlayacaq.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən sərgi nümayiş olunub.

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031