Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birgə tədbir keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi tarixi hadisə adlandırılaraq, bunun dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğu iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu – işğal altında olan ərazilərimizin azad edilməsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu reallaşdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində bu şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır.

Tədbirdə Komitədə çalışan 13 əməkdaşın YAP sıralarına qoşulmaq üçün müraciətlərinə baxılıb və onlar partiyanın üzvlüyünə qəbul edilib. YAP üzvü olan bir qrup əməkdaşa isə fəxri fərmanlar təqdim edilib.

Daha sonra partiyanın üzvlüyünə qəbul olunan Komitə əməkdaşı Vüsal Babayev çıxış edərək bildirib ki, belə bir əlamətdar vaxtda inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasına üzv olmaq həm məsuliyyət, həm fəal vətəndaşlıq mövqeyi, həm də böyük şərəfdir.
Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031